Bölgə

Azərbaycanda qəribə hadisə: Heç kimə icazə verilmir – VİDEO

Şəki rayonunun Baş Zəyzid kənd qəbiristanlığında dəfnlə bağlı fərqli qaydalar tətbiq olunur.

xeberde.az xəbər verir ki, yaşayış məntəqəsinin məzarlığı iki hissəyə bölünüb.  

Yeni hissədə bütün başdaşları standartdır. Burada heç kimə fərqli formada məzarüstü daş qoyulmasına icazə verilmir. 

Baş Zəyzid qəbiristanlığının digər hissəsində isə belə qaydalar mövcud deyil. Əgər kimsə doğmasına böyük, təmtəraqlı qəbir daşı qoymaq istəyirsə, gərək mərhumun qəbir yerini də əvvəldən buna uyğun seçsin. Yəni doğmasını məzarlığın standart qəbir daşları olan hissəsində deyil, “sərbəst” hissədə torpağa tapşırsın. 

Bu qaydaların müəllifi isə 2019-2024-cü illərdə Baş Zəyzid Bələdiyyəsinin sədri olmuş Məmməd Abdullayevdir. 

Şəki Şəhər İcra Hakimiyyəti başçısının Baş Zəyzid kəndi üzrə nümayəndəsi Məmməd Həmzətov bu qaydaların tətbiqi tarixindən danışıb. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir