Bakıda mənzildən 89 yaşlı qadının meyiti tapılıb.
xeberde.az xəbər verir ki, hadisə iyulun 23-ü saat 19 radələrində Nəsimi rayonu ərazisində baş verib.
Belə ki, 1937-ci il təvəllüdlü Z.Əlizadənin üzərində zorakılıq əlamətləri görünməyən meyiti yaşadığı Ə.Quliyev küçəsindəki mənzildə aşkarlanıb.
Onun evdə tək yaşadığı bildirilib.
Faktla bağlı araşdırma aparılır.




