Cəmiyyət

Enerji təhlükəsizliyi ən mühüm amildir

    Avropa Komissiyasının Prezidenti  Ursula fon der Lyayenin Cənubi Qafqaza növbəti səfəri Avropa İttifaqının (Aİ) regiona münasibətində formalaşan yeni geosiyasi yanaşmanın praktik ifadəsidir. Əgər bir neçə il əvvəl Brüsselin Cənubi Qafqaz siyasətində təhlükəsizlik, münaqişələrin idarə olunması və normativ gündəm üstünlük təşkil edirdisə, hazırkı mərhələdə prioritetlər əhəmiyyətli dərəcədə dəyişib. Region artıq Avrasiya məkanında enerji, nəqliyyat və iqtisadi bağlantıları təmin edən strateji platforma kimi nəzərdən keçirilir.

    Bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Azərbaycan böyük dərəcədə siyasi səylər qoymuş, diplomatik fəaliyyət aparmış və həmçinin neftimizin, qazımızın nəqli üçün infrastrukturun qurulmasına maliyyə sərmayələri yatırmışdır. Cənub Qaz Dəhlizi ümumi fəaliyyətimizin gözəl nümunəsidir. Bu gün 3500 kilometrlik vahid boru kəməri sistemləri təbii qazın Azərbaycandan Avropaya nəqlində əsas arteriya hesab edilir.

    Şərq-Qərb və Şimal-Cənub daşımalar dəhlizləri Azərbaycandan keçir və qonşularımızla, həmçinin qonşularımızın qonşuları ilə yaxşı münasibətləri bizə bütün iştirakçılara fayda gətirən çox geniş əməkdaşlıq formatını qurmağa imkan yaratdı.

   Bu gün Azərbaycandan keçən yüklərin həcmi bütün istiqamətlərdə artır. Biz Azərbaycanda və qonşuluqda daşımalar infrastrukturuna böyük sərmayələr yatırdıq və bunu davam etdiririk. Yeni geosiyasi vəziyyətə gəldikdə isə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bütün bunları biz cədvələ və öz maliyyə imkanlarımıza uyğun edirik.

   Avropa Komissiyası ilə münasibətlərimizin kifayət dərəcədə yeni hissəsi bərpaolunan enerji ilə bağlıdır. Biz xanım Prezidentlə, həmçinin Azərbaycanın Günəş, külək və su elektrik enerji potensialını, o cümlədən artıq mövcud ötürmə xətlərini və tikiləcək yeni xətləri geniş şəkildə müzakirə etdik. Bu baxımdan biz, həmçinin strateji tərəfdaş ola bilərik.

      Xanlar Mirzəyev,

                     Cəlilabad  Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin   rəisi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir