İqtisadiyyat manset

Azərbaycanda ən çox bahalaşan meyvələr açıqlandı

Azərbaycanda və dünyada sitrus meyvələrinin istehsalçı qiymətləri son on ildə xeyli bahalaşıb. 

xeberde.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, 2015-ci ilin qiymətləri 100 qəbul edilməklə hesablanan indeksdə sitrus meyvələri üzrə göstərici 2025-ci ildə 407,7-yə çatıb. Bu, son on ildə qiymətlərin 4 dəfədən çox artması deməkdir.

Sitrus məhsullarında artım təkcə uzunmüddətli statistikada deyil, son illərin dinamikasında da özünü göstərir. Belə ki, 2021-ci ildə indeks 193,9, 2022-ci ildə 163,4, 2023-cü ildə 167,1, 2024-cü ildə isə 162,9 olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir