Bakının mərkəzi küçələrindən birində yol çökür.
xeberde.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxtın Bəsti Bağırova küçəsində, “Uşaq Filarmoniyası”nın qarşısında asfalt örtüyünün çökməsi əks olunub.
Yolun bu vəziyyəti həm avtomobillər üçün təhlükə yaradır, həm də tıxac riskini artırır.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu göndərilib.





