Rusiya hərbi qüvvələri Ukraynada bir sıra yeni əraziləri ələ keçirib.
xeberde.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Rusiya hərbi qüvvələri Xarkov bölgəsindəki Kruqloe, Donetskdə isə Drobışevo və Reznikovka yaşayış məntəqələrini nəzarətə götürüb”, – deyə açıqlamada deyilir.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi artıq 5-ci ildir ki, davam edir.




