Dünya

Rza Pəhləvi İran xalqına müraciət etdi

Rza Pəhləvi İran xalqına müraciət edib. 

Modern.az xəbər verir ki, o açıqlamanı video-format şəklində verib. 

“Birləşmiş Ştatlar Prezidenti tərəfindən İran xalqına vəd edilmiş yardım artıq gəlib. Bu humanitar müdaxilədir və məqsədi İslam Respublikası, onun repressiv aparatları və qətl maşınıdır, İranın böyük ölkəsi və xalqı deyil.

Lakin bütün bu yardıma baxmayaraq, son qələbə məhz biz tərəfimizdən əldə olunacaq. Bu son döyüşü İran xalqı tamamlayacaq. Küçələrə qayıtma zamanı yaxınlaşır.

İndi İslam Respublikası dağılmaq ərəfəsindədir. Mənim silahlı qüvvələrə, polisə və ölkənin təhlükəsizlik qurumlarına mesajım açıqdır:

Siz İrana və İran xalqına xidmət etməyə and içmisiniz, İslam Respublikasına və onun rəhbərlərinə deyil. Sizin vəzifəniz xalqı qorumaqdır, vətənimizi girov götürmüş repressiv və cinayətkar rejimi deyil. Xalqla birləşin və sabit, təhlükəsiz keçidi təmin etməyə kömək edin. Əks halda, siz Xameneinin və rejiminin batmış gəmisi ilə bir yerdə batacaqsınız.

Və ABŞ Prezidenti Trampa mesajım belədir:

İran xalqı, rejimin qəddar repressiyaları və qətllərinə baxmayaraq, təxminən iki ay ərzində cəsur müqavimət göstərib. İndi sizdən xahiş edirəm ki, mülki əhaliyə və həmvətənlərimin həyatına maksimum diqqət yetirəsiniz. İran xalqı ABŞ və azad dünyanın təbii müttəfiqidir və müasir İran tarixinin ən çətin dövründə göstərdiyiniz yardımı heç vaxt unutmayacaq” – o açıqlamsında bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir