Dünya

Rəsmi Bakı İsrail və İrandakı vətəndaşlarına ÇAĞIRIŞ etdi

İran ətrafında müşahidə olunan mövcud gərginlik fonunda Azərbaycan vətəndaşlarını İsrail Dövlətinə səfərdən çəkinməyə çağırırıq.

xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat verib. 

Hazırda İsraildə olan vətəndaşlarımızdan təhlükəsizlik vəziyyətini diqqətlə izləmələri, yerli hakimiyyət orqanlarının göstəriş və tövsiyələrinə riayət etmələri, kütləvi toplaşma yerlərindən uzaq durmaları və şəxsi təhlükəsizlik tədbirlərini gücləndirmələri xahiş olunur. Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Əlaqə vasitələri: Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyi [email protected] +972 54 539 77 88

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir