İsveçrə tənzimləyicisi FINMA MBaer Merchant Bank-ın lisenziyasını ləğv edib.
xeberde.az xəbər verir ki, məlumatı tənzimləyici açıqlayıb. Bildirilir ki, bankın fəaliyyəti dayandırılıb: “FINMA bankın lisenziyasını ləğv etdi və onun ləğvi barədə göstəriş verdi”.
Tənzimləyici “bankın çirkli pulların yuyulmasına qarşı mübarizə öhdəliklərində, inzibati təşkilatında və risklərin idarə edilməsində ciddi, sistematik çatışmazlıqlar” aşkar edib. Qeyd olunur ki, züsusilə bank müştərilərə rəsmi aktivlərin dondurulmasının qarşısını almağa kömək edib.
Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya və İranla əlaqələrinə görə MBaer Merchant Bank-ın ABŞ bank sistemindən kənarlaşdırılacağını elan etmişdi.




