Dünya

Mask ABŞ ordusu üçün qatil dronlar yaradır

Pentaqon səslə idarə olunan dron texnologiyasını inkişaf etdirmək üçün 100 milyon dollarlıq gizli müsabiqəyə başlayıb.

xeberde.az xarici mediaya istinadla xəbər verir ki, müsabiqəyə qatılanlar arasında İlon Muskın SpaceX və xAI şirkətləri də var.

Yanvar ayında başlayan müsabiqədə Maskın şirkətləri seçilən iştirakçılar arasında olub. İştirakçılara bir qrup dronu əlaqələndirmək üçün səs əmrlərini rəqəmsal siqnallara çevirə bilən bir sistem yaratmaq üçün altı ay vaxt verilib. Hazırlanan dronlar təyin olunmuş hədəfləri avtonom şəkildə izləməli və təqib etməlidirlər.

SpaceX və xAI-nin layihədə iştirakı şirkətlərin son kadr siyasəti ilə sübut olunur. xAI, federal podratçılarla əməkdaşlıq etmək üçün məxfi və yüksək məxfi təhlükəsizlik icazələrinə malik mühəndislər üçün genişmiqyaslı işə qəbul kampaniyası keçirib.

Hər iki şirkətin nümayəndələri “Bloomberg”in şərh istəklərinə cavab verməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir