Şəhid Fəzail Qədimov adına 222 saylı məktəbin direktoru Aynurə Abdullayeva: Təhsildə vətənpərvərlik və mənəvi dəyərlərin qoruyucusu.
Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən şəhid Fəzail Qədimov adına 222 saylı tam orta məktəbin direktoru Aynurə Abdullayeva öz peşəsinə böyük məsuliyyətlə yanaşan, Vətənini sevən, milli-mənəvi dəyərlərə sadiq bir rəhbər kimi tanınır.
Aynurə Abdullayeva təkcə bir direktor deyil, eyni zamanda şagirdlər üçün qayğıkeş ana, valideynlər üçün isə etibarlı bir dayaqdır. Onun rəhbərliyi altında məktəbdə yalnız akademik biliklər deyil, həm də vətənpərvərlik, insanlıq, hörmət və məsuliyyət kimi ali dəyərlər təbliğ olunur.
Direktor şəhidlərimizin, qazilərimizin və veteranlarımızın şərəfli həyat yolunu şagirdlərə nümunə göstərərək, onlarda Vətənə bağlılıq, torpağa sevgi və milli ruh formalaşdırır. Bu yanaşma şagirdlərin tərbiyəsində mühüm rol oynayır və onların şəxsiyyət kimi formalaşmasına müsbət təsir göstərir.
Valideynlər bildirirlər ki, övladlarının belə dəyərli, vətənpərvər və fədakar bir rəhbərin nəzarəti altında təhsil alması onlarda böyük qürur hissi yaradır. Onun fəaliyyətində sevgi, vicdan və Vətənə xidmət anlayışı əsas yer tutur.
xebernur



