Dünya Siyasət

Türkiyə məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etmədi

Türkiyə məhkəməsi Azərbaycan Milli Məclisinin keçmiş deputatı Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib.

xeberde.az  xəbər verir ki, bunu onun özü bildirib.

G.Hacıbəyli deyib ki, dekabrın 16-da Sülh Cəza Məhkəməsi Çatalca Geri Göndərmə Mərkəzində saxlanılmağı ilə bağlı şikayətinə baxıb:

“Məhkəmə mənim şikayətimi təmin etməyib və İdari Məhkəmə qərarına qədər olan müddətdə qapalı şəraitdə, heç bir hüquqi əsasa söykənməyən qərar verib”.

Xatırladaq ki, mediada Gültəkin Hacıbəyli və Milli Şuranın digər üzvü, AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhd planında yer aldığı barədə məlumatlar yer alıb.

Qeyd edək ki, “Ramiz Mehdiyev işi” çərçivəsində AXCP sədri Əli Kərimli barəsində həbs qətimkan tədbiri seçilib.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev isə Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir