Dünya

Maskdan boykot çağırışı: “Netflix”i ləğv edin – FOTO

Amerikalı milyarder İlon Mask bildirib ki, uşaq psixikasına mənfi təsir göstərən və transgendərlərlə bağlı sol-liberal gündəmi təbliğ edən Netflix-ə qarşı boykot elan edilməlidir.

xeberde.az xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində paylaşım edib.

Belə ki, Mask bir istifadəçinin paylaşdığı şəkilə münasibət bildirib. Şəkildə “transgender sol-liberal gündəm” yazılmış taxta at (Troya atı) “sizin uşaqlar” yazılmış qalaya daxil olurdu.

“Uşaqlarınızın sağlamlığı naminə Netflix-i ləğv edin”, — deyə Mask yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir