Maqazin

İzlənmə rekordları qıran seriallar bu tarixdə yayımlanacaq

Sentyabr ayının başlaması ilə mövcud serialların yeni sezon tarixləri açıqlanmağa başlayıb. Yeni serialların treyleri və ilk bölümləri də yayımlanmağa başlayıb.

Bəs 2025-ci il serialların premyerası nə vaxt olacaq? Yeni mövsümdə hansı seriallar yayımlanacaq?

xeberde.az 2025-ci ilin sentyabrında premyerası olacaq serialın bütün təfərrüatları və yeni mövsüm cədvəlini təqdim edir.

Mövcud seriallar…

Kanal D-nin məşhur serialı “Uzak Şehir” yeni sezonu 15 sentyabr bazar ertəsi efirə gedəcək.

“İnci Taneleri” serialı üçün yeni mövsüm tarixi açıqlanmayıb.

“Arka Sokaklar”ın 20-ci sezon  premyerası olacaq. Serialın yeni mövsüm tarixi hələ açıqlanmayıb.

“Eşref Rüya” serialının  anonsu yayımlansa da, yayım tarixi hələ açıqlanmayıb. Yeni mövsümün premyerasının çərşənbə günü, sentyabrın 17 və ya 24-də baş tutacağı gözlənilir.

“Bahar” 3-cü mövsümün hazırlıqlarını tamamlayıb və sentyabrın 23-ü yayımlanacaq. 

“Kızılcık Şerbeti”  4-cü sezonun çəkilişlərinə 23 Avqust 2025-ci il şənbə günü başlayıb. Serialın yeni bölümü 12 sentyabrda yayımlanacaq.

“Kral Kaybederse”nin yeni sezonu hələ açıqlanmayıb.

“Təşkilat” serialının yeni mövsümü sentyabrda nümayiş olunacaq. Tarix hələ açıqlanmayıb.

“Gönül Dağı”  6-cı mövsümünün premyerasını 6 Sentyabr şənbə günü TRT1-də edəcək.

“Mehmed: Fetihler Sultanı” üçün yeni mövsüm tarixi hələ açıqlanmayıb.

Mert Yazıcıoğlunun Osman bəyin oğlu Orxan bəyi canlandırdığı “Kuruluş Osman”ın yeni mövsüm tarixi hələ açıqlanmayıb. Lakin ekran işinin sentyabrın ortası yayımlanması planlanır. 

Fox TV-nin hərəkətli və dramatik serialı “Hüdudsuz sevda” üçüncü sezonunun 25 sentyabr 2025-ci il cümə axşamı günü premyerası olacaq.

Star TV-də yayımlanan “Sahibsizler” yeni sezonu ilə ekranlara qayıtmağa hazırlaşır. Hələlik konkret buraxılış tarixi açıqlanmasa da, serialın premyerasının sentyabrın sonu – oktyabrın əvvəlləri arasında olacağı gözlənilir.

Yeni seriallar…

“Gözleri Karadeniz” 2 Sentyabr ATV-də təqdim olunub.

“Veliaht”  sentyabrın 11-də Show-da premyerası olacaq.

TRT-nin yeni serialı “Taşacak Bu Deniz”in premyera tarixi hələ açıqlanmayıb.

ATV-nin yeni serialı “Aşk ve Gözyaşı”nın premyera tarixi hələ açıqlanmayıb.

“Çarpıntı”nın premyerası 7 sentyabr bazar günü Star TV-də olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir