Dünya Hadisə

Rusiyada təyyarə quş sürüsü ilə toqquşdu

Ruisyada sərnişin təyyarəsi Vladivostok hava limanında quş sürüsü ilə toqquşub.

xeberde.az xəbər verir ki, bu barədə “TurDom” teleqram kanalı məlumat yayıb.

Hadisə nəticəsində təyyarənin burun hissəsi zədələnib və Rusiya aviaşirkəti Moskva reysini ləğv edib.

Sərnişinlərin biletləri 1 və 2 sentyabrda paytaxta yola düşən digər reyslərə dəyişdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir