Türkiyənin pop musiqisinin əfsanəvi siması Kenan Doğulu Bakıdadır.
xeberde.az bildirir ki, sənətçi bu gün Bakı İdman Sarayında konsert proqramı ilə pərəstişkarlarının qarşısına çıxacaq.
Səfəri ilə bağlı ilk paylaşımı da sənətçinin özü edib.
Xatırladaq ki, Kenan Doğulu bundan əvvəl də, 2015 və 2019-cu illərdə Bakıda konsert verib.