Gədəbəydə qayın gəlinin üzünə kəsici alətlə xəsarət yetirib.
xeberde.az-ın məlumatına görə, 1967-ci il təvəllüdlü Əminə Tağıyeva üz nahiyəsindən kəsici alətlə bir neçə xəsarət alıb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyəti orta ağırdır.
Hadisəni törətməkdə qadının qaynı şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.