Dünya Hadisə

Tailandda pələng turistə hücum etdi

Tailandın Phuket adasında yerləşən “Tiger Kingdom” zooparkında pələng, onunla şəkil çəkdirmək istəyən hindistanlı turisti yaralayıb.

xeberde.az “SHOT” Telegram kanalına istinadla yaydığı məlumata görə, zooparkda ziyarətçilərə heyvanlarla yaxın təmasda olmaq və onları sığallamaq imkanı verilir.

Hadisə zamanı pələng turistə hücum edib, lakin o, yüngül xəsarətlərlə xilas olub.

Hücum anı isə ətrafdakılar tərəfindən videoya çəkilərək sosial şəbəkələrdə yayılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir