Mədəniyyət

Ağasən Bədəlzadə VƏFAT ETDİ

Azərbaycan Yazıçılar Birliyinin üzvü, tanınmış şair, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağasən Bədəlzadə vəfat edib.

Bu barədə şairin oğlu Səbuhi Bədəlov məlumat verib.

O bildirib ki, Ağasən Bədəlzadə bu gün 85 yaşında dünyasını dəyişib.

Xatırladaq ki, artıq bir neçə ildir insult keçirmiş şair öz ata-baba yurdu olan İsmayıllı rayonunun Pirəbilqasım kəndində yaşayırdı.

Pedaqoji fəaliyyətlə yanaşı, gözəl şair kimi tanınan Ağasən Bədəlzadənin bu vaxtadək “Yanmaq ona deyərəm ki…”, “Payızda məhəbbət”, “Hayıf, a dünya səndən”, “Qorxuram bu dünya sevgisiz qala”, “Hələ yaşamağa dəyər dünyada” adlı şeirlər kitabları nəşr olunub.

2017-ci ildə filologiya üzrə fəlsəfə doktoru olan şairin “Yapon ədəbiyyatı tarixi” dərslik kitabı çapdan çıxıb. Bu vaxtadək 11 kitabı dərc olunub. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir