Dünya

Fransa Hindistanı silahlandırır

Hindistan Müdafiə Nazirliyi Fransa ilə 26 dəniz təyyarəsi “Rafale Marine”nin tədarükünü nəzərdə tutan saziş imzalandığını açıqlayıb.

xeberde.az xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələrinə 22 birnəfərlik və 4 iki nəfərlik qırıcı təyyarə veriləcək. Tədarük 2030-cu ilə qədər başa çatacaq. Ekipajlar hər iki ölkədə təlimlər keçirəcək.

Xatırladaq ki, 2016-cı ildə Fransa ilə bağlanan saziş çərçivəsində Hindistan Hərbi Hava Qüvvələri 36 “Rafale” qırıcısı alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir