Sosial Təhsil

Bu universitet ənənəvi jurnaldan imtina etdi

Mingəçevir Dövlət Universitetində ənənəvi jurnaldan imtina edilib.

xeberde.az xəbər verir ki, bu barədə ali təhsi müəssisəsinin rektoru Anar Eminov sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, son günlər tələbələrlə olan imtahan öncəsi görüşlərin nəticəsi olaraq aşağıdakı qərarlar qəbul edilib

– 20 gün ərzində ənənəvi jurnaldan imtina, elektron jurnala keçid;

– Elektron İmtahan Mərkəzinin qurulması və yekun imtahanların mərkəzləşdirilmiş qaydada aparılması;

– Test bankının öncədən tələbələrə təqdim edilməsi;

– Şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə olaraq 2 dərs təlimlərin (seminarların) verilməsi;

– Mühəndislik ixtisaslarında pilot imtahanların tətbiqi;

– İmtahan proseslərinin təkmilləşdirilməsi və tələbələrə dəstək üçün “Qaynar xətt” yaradılması;

– Tələbələrin təcrübə işinin təkmilləşdirilməsi və  Elektron Təcrübə Portalının yaradılması;

– Magistr dissertasiyalarının müdafiəsi zamanı qabaqcıl sənaye nümayəndlərinin cəlb olunması;

Dəyişikliklər daha obyektiv qiymətləndirmə və prosesin şəffaflığını artırmaq məqsədi daşıyır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir