Dünya manset

2025-ci ilin FOTOSU seçildi

“İlin mətbuat fotosu” mükafatı 2025-ci ildə öz sahibini tapıb.

xeberde.az xəbər verir ki, qalib fotonun müəllifi “New York Times”ın fotoqrafı Samar Abu Elouf olub.

O, Qəzzada müharibə nəticəsində qollarını itirmiş 9 yaşlı Mahmud Ajjourun portretinə görə mükafata layiq görülüb.

Münsiflər heyəti fotonu “yüksək səslə danışan səssiz foto” kimi şərh edib.

“Mahmudun anasının mənə söylədiyi ən çətin şeylərdən biri o idi ki, Mahmud qollarının kəsildiyini anlayanda ona dediyi ilk şey “səni necə qucaqlayacağam?” olub”, – fotonun müəllifi söyləyib.

Mükafat qazanan fotoqrafın da Qəzzadan olduğu və hazırda Dohada ağır yaralanan fələstinlilərin fotolarını çəkdiyi bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir