İndi isə nazir Fərid Qayıbovun rəhbərliyi altında 52 gündə qurumun imzaladığı tender müqavilələrini təqdim edirik.
Nazirlik tərəfindən ümumilikdə 4.355.049,11 AZN dəyərində tenderlər həyata keçirilib.
Xeberde.az 32gun.az-a istinadən Tenderlərin siyahısı təqdim edir:
- “Hovers Group” MMC – Yevlax rayonunda Olimpiya İdman Kompleksinin ərazi daxili drenaj şəbəkəsinin tikinti-quraşdırma işləri – 186.576,14 AZN
Qanuni təmsilçi: İlqar Zeynalov Adgözəl oğlu
Nizamnamə kapitalı: 345.720 AZN - “M.Z” MMC – “Müasir Azərbaycan Gənci” televiziya layihəsinin 13-cü mövsümünün maliyyə dəstəyi – 422.853 AZN
Qanuni təmsilçi: Üzlufət Qasımova Ramazan qızı
Nizamnamə kapitalı: 10 AZN - “Azpetrol LTD” MMC – Xidməti minik avtomobilləri üçün Aİ-95 (premium) markalı benzinin satın alınması – 40.480 AZN
Qanuni təmsilçi: Məmmədov Ceyhun Əhməd oğlu
Nizamnamə kapitalı: 779.106,70 AZN
“Azərbaycan Şahmat Federasiyası” İctimai Birliyi – Şahmat üzrə ölkə çempionatının seçmə və final mərhələlərinin keçirilməsi – 22.000 AZN
Prezident: Mahir Məmmədov
“Azərbaycan Badminton Federasiyası” İctimai Birliyi – Badminton üzrə “2025 European Mixed Team Championships” yarışının keçirilməsi – 26.550 AZN
Azərbaycan Badminton Federasiyası” İctimai Birliyi Prezidenti, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru olan Taleh Ziyadovdur.
“Hovers Group” MMC – Yevlax rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin davamı – 3.656.589,97 AZN
Xüsusilə “M.Z” MMC-nin cəmi 10 AZN nizamnamə kapitalı ilə yarım milyona yaxın məbləğdə tender qazanması şübhələr doğurur. Məsələ ilə bağlı Nazirlikdən rəsmi açıqlama gözlənilir. - Xeberde.az