Qonaq getdiyi evdə bir gecə qalan 18 yaşlı gənc xalasının mobil telefonunu oğurlayıb. 3400 manat dəyəri olan telefonu 940 manata satan gənc həmin məbləği bir günə xərcləyib. xeberde.az xəbər verir ki, hadisəni törədən Məhəmmədin 18 yaşı tamam olub. Bu, onun ilk cinayət əməli olmayıb. Belə ki, Məhəmməd həmin ərəfədə başqa bir oğurluq və soyğunçuluq əməli törətdiyi […]
Əməkdar artist Səbinə Babayeva həmkarı Nadir Qafarzadənin ifasına reaksiyasız qalıb. xeberde.az xəbər verir ki, sənətçi həmkarının ifasını tanımayıb. “Heç tapa bilmərəm kimdir. On dəfə də qulaq assam da bilməyəcəyəm”. Eyni studiyada qonaq olan Nadir Qafarzadə isə “Səbinə, çox sağ olun. Siz ki, məni… Məni heç belə təhqir edən olmamışdı” deyərək, verilişdən getmək istəyib.
Bayram günlərində Naxçıvan Muxtar Respublikasında (MR) zəhərlənmə halları qeydə alınıb. Naxçıvan MR “Yoluxucu Xəstəliklər Mərkəzindən xeberde.az-a verilən məlumata görə, qeyd olunan dövrdə, ümumilikdə, 17 nəfər müxtəlif səbəblərdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Statistikaya əsasən zəhərlənmə hallarından 12-si qida zəhərlənməsi, 3-ü dərman maddələri ilə zəhərlənmə, 2-si isə alkoqol mənşəli zəhərlənmə olub.