Kriminal

Qanunsuz balıq ovuna qarşı əməliyyatlar: 69 akt, 30 cinayət faktı

2025-ci ilin yanvarın 1-dən mayın 23-nə qədər regional ekologiya və təbii sərvətlər idarələri tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı 69 akt tərtib edilib.

xeberde.az  xəbər verir ki, bunu Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib.

“Ölkə ərazisi üzrə qanunsuz balıq ovu edən şəxslər barəsində 29 protokol tərtib edilərək “İnzibati tənbehvermə haqqında Qərar” qəbul edilib, 1 fakt üzrə təbiətə vurulmuş ziyanın məbləği cinayət tərkibi yaratdığı üçün aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndərilib. Cari ilin iyunun 1-dən dekabrın 16-na qədər Su Nəqliyyatından Polis İdarəsinin Mərkəzin əməkdaşları tərəfindən qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı ümumilikdə 30 cinayət tərkibli hal yaranıb, 30 nəfər şəxs müvafiq məsuliyyətə cəlb olunub”, – o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir