İqtisadiyyat

Azərbaycan dünyanın 18 ölkəsinə neft ixrac edir – SİYAHI

Bu ilin yanvar-iyun aylarında Azərbaycandan 18 ölkəyə 12 milyon 46 min 352,54 ton həcmində neft ixrac olunub.

xeberde.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi TOP-10 ölkələr sırasına İtaliya, Çexiya, Xorvatiya, Rumıniya, Portuqaliya, Almaniya, Böyük Britaniya, İrlandiya, Yunanıstan və Niderland daxil olub.

Bu ilin 6 ayında Azərbaycan İtaliyaya 3 milyard 602 milyon 341,97 min ABŞ dolları dəyərində 6 milyon 820 min 798,97 ton, Çexiya 449 milyon 595,51 min ABŞ dolları dəyərində 846 min 461,39 ton, Xorvatiya 408 milyon 862,68 min ABŞ dolları dəyərində 744 min 703,91 ton xam neft ixrac edib. Rumıniya 378 milyon 39,37 min ABŞ dolları dəyərində 685 min 972,26 ton və Portuqaliyaya 310 milyon 369,1 min ABŞ dolları məbləğində 576 min 34,89 ton neft tədarük edilib.

Aşağıdakı cədvəldə Azərbaycanın bu ilin yanvar-iyun ayları ərzində neft ixrac etdiyi ölkələrin tam siyahısı göstərilib:

ÖlkələrMiqdar (ton)2024-cü ilin yanvar-iyun aylarına nisbətənStatistik dəyər (min ABŞ dolları)2024-cü ilin yanvar-iyun aylarına nisbətən
1İtaliya6 820 798,97+59,6 %3 602 341,97+32,4 %
2Çexiya846 461,39+11 %449 595,51-8,4 %
3Xorvatiya744 703,91+ 26,74 %408 862,68+ 8,7 %
4Rumıniya685 972,26+2 dəfə378 039,37+1,8 dəfə
5Portuqaliya576 034,89+1,6 dəfə310 369,1+37,7 %
6Almaniya562 298,56+27,5 %302 374,09+3 %
7Böyük Britaniya324 555,66+21 %141 319,15-12 %
8İrlandiya243 468,25-*129 715,04-*
9Yunanıstan232 396,39+1,8 %128 990,34-11 %
10Niderland223 330,7+2,5 dəfə126 482,41+2,2 dəfə
11Tailand137 785,75-63,4 %75 910,84-67,6 %
12İndoneziya130 925,36+14 %72 131,22+4,2 %
13Tunis125 674,35-51 %67 934,47-59 %
14İsveçrə89 696,92-*53 857,85-*
15Danimarka88 157,38-*49 689,27-*
16Bolqarıstan79 260,85-*48 231,11-*
17Avstriya90 177,31-*42 664,79-*
18Türkiyə44 653,65-81 %20 809,84-84,4 %
 Cəmi12 046 352,54+8,5 %6 409 319,05-8,6 %

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir