Heç bir ölkə Hörmüz boğazından keçid üçün ödəniş etməməli və keçidə maneə yaradılmamalıdır.
xeberde.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. O qeyd edib ki, Hörmüz boğazı beynəlxalq ticarət üçün açıq qalmalıdır:
Fidan vurğulayıb ki, Türkiyə boğazın yalnız sülh yolu ilə açıq qalmasının tərəfdarıdır:
“Beynəlxalq silahlı qüvvələrin müdaxiləsi isə ciddi çətinliklər yarada bilər”.
Nazir həmçinin qeyd edib ki, Körfəz ölkələri Türkiyənin müdafiə sənayesinin əhəmiyyətini daha yaxşı anlamağa başlayıb:
“Müharibədən sonrakı dövrdə bu ölkələr Türkiyə ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıdır”.
Bundan əlavə, Fidan Türkiyədə keçiriləcək NATO sammitinə də toxunub. Onun sözlərinə görə, bu tədbir NATO tarixində ən mühüm zirvələrdən biri ola bilər:
“Bu səbəbdən sammitə çox ciddi şəkildə hazırlaşırıq”.



