Dünya Hadisə

Suriyda ölənlərin sayı 700-ü ötdü

Suriyanın Suveyda əyalətində azı 718 nəfər həlak olub.

xeberde.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu bazar günündən indiyədək 146 druz döyüşçüsü və 245 mülki vətəndaşın öldürüldüyünü, onlardan 165-nin müdafiə və daxili işlər nazirliklərinin əməkdaşları tərəfindən edam edildiyini bildirib. Həmçinin qeyd olunub ki, İsrailin hava hücumları nəticəsində daha 15 əsgər həlak olub.

Məlumata görə, zorakılıqlar həmçinin 287 hökumət əsgəri və 18 bədəvi döyüşçünün, eyni zamanda “druz silahlıları tərəfindən edam edilən” üç bədəvinin həyatına son qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir