İtaliyada asayiş keşikçiləri Kalabriya mafioz qruplaşması “Ndrangeta”ya qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 80-ə yaxın şəxsi saxlayıblar. xeberde.az xəbər verir ki, bu barədə TASS agentliyi yerli polis mənbələrinə istinadla məlumat yayıb. Qeyd olunur ki, saxlanılanlar hədə-qorxu ilə tələb etmə, odlu silahın qanunsuz saxlanması və gəzdirilməsi, soyğunçuluq, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi məqsədilə əlbir olmaqda ittiham edilirlər. Hüquq-mühafizə […]
Day: İyul 15, 2026
Daha bir marşrut xəttinin avtobusları yenilənir
İyulun 15-dən paytaxtın Yeni Yasamal yaşayış massivinin Məhəmməd Xiyabani küçəsini şəhərin mərkəzi ilə birləşdirən 39 saylı marşrut xətti üzrə avtobuslar yenilənəcək. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Xətt üzrə 12 ədəd iritutumlu ekoloji təmiz CNG texnologiyalı “İveco” markalı avtobus sərnişinlərə xidmət göstərəcək. 4 dəqiqə intervalla hərəkət edəcək avtobusların […]
İki küçədə hərəkət məhdudlaşdırılacaq
Paytaxtın daha iki yol sahəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunur. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Səbail rayonu – Bünyad Sərdarov küçəsi və Nəsimi rayonu – Füzuli küçəsində (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
Avropada 14 minə yaxın insan istidən öldü
İyun ayının ikinci yarısında Avropada müşahidə olunan ekstremal isti hava şəraiti ən azı 14 min insanın həyatına son qoymuş ola bilər. xeberde.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Nəşrin apardığı qiymətləndirmə istilərdən ən çox əziyyət çəkən altı ölkənin – Fransa, Belçika, Almaniya, Niderland, İspaniya və Böyük Britaniyanın artıq ölüm halları ilə bağlı […]




