Dünya

Dünyanın ən bahalı benzini buradadır: Qiyməti 15,6 dollara ÇATDI

Honkonqda dünyanın ən bahalı benzini satılır və onun qallonu (təxminən 3,7 litr – red.) təxminən 15,6 dollardır. xeberde.az xəbər verir ki, bu o deməkdir ki, Honkonqda bir litr benzinin qiyməti 4 dollara yaxındır  Fars körfəzində neft hasil edən dövlətlər arasındakı münaqişə və Hörmüz boğazından keçən mühüm neft və qaz nəqli marşrutunun effektiv şəkildə bağlanması son […]

Dünya

Bu ölkədə qəbir KİRAYƏ VERİLİR

İsveçrədə ölüm və dəfn ənənələri digər ölkələrdən fərqli xüsusiyyətləri ilə diqqət çəkir. “xeberde.az” xəbər verir ki, məlumata görə, İsveçrədə vətəndaşların şəxsi məzarı yoxdur və dəfn üçün torpaq sahəsi satın alınmır. Məzar yerləri maksimum 20 illik müddətə icarəyə verilir. Bu müddət bitdikdən sonra icarə haqqı ödənməzsə, məzar daşı götürülür və yer başqasına təqdim olunur. Bu sistem, […]

Hadisə

Hərbi Prokurorluğun qarşısında maşın yandı – FOTO

Paytaxtda Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb. xeberde.az xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışaraq yanıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Dünya Hadisə

İranda iki etirazçı edam edildi

İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar. xeberde.az xəbər verir ki, bu barədə IRIB teleradio şirkəti məlumat yayıb. “Məhəmməd Əmin Biqlari və Şahin Vahidpərıst gizli hərbi obyektə hücum edərək silah anbarına daxil olmağa cəhd göstərib, obyektə ziyan vurub və onu yandırıblar”, – deyə məlumatda […]

Bölgə Hadisə

Tələbə dəm qazından öldü

Gəncədə zəhərlənmə hadisəsi baş verib. igia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki 2007-ci il təvəllüdü L. Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Məlumata görə L. Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. […]

Dünya

İtaliyanın avtomobillərlə səyahət etməyin qadağan olunduğu bölgəsindən REPORTAJ – FOTO

Burada avtomobillərlə səyahət etmək qadağandır, ona görə də yaşayış məntəqələri arasında yalnız bərə, qatar və ya mənzərəli cığırlarla piyada səyahət etmək olar. Bölgə gözəl mənzərələri, dar cığırları, terraslı üzüm bağları və rəngli evləri ilə məşhurdur. Çinkve-Terre binalarının əksəriyyəti orta əsrlərə aiddir. Hazırda milli parkı təşkil edən kəndlər XI əsrdə salınıb. Sakinləri sivilizasiyanın bütün əsas imkanlarından […]

Cəmiyyət

Qatarlar qrafikindən kənara çıxa bilər – RƏSMİ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür. Bu barədə “xeberde.Az”a səhmdar cəmiyyətindən bildirilib. Məlumata əsasən, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə […]

Cəmiyyət

İntensiv yağışların fəsadlarının aradan qaldırılması işləri fasiləsiz davam etdirilir – Nazirlik

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən intensiv yağışlarla əlaqədar yaranan fəsadların aradan qaldırılması işləri fasiləsiz olaraq davam etdirilir. “xeberde.Az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hazırda Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər rayonlarında, Sumqayıt şəhəri, Abşeron və Xaçmaz rayonları ərazisində müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan […]