Abşeron rayonun ərazi inzibati vahidi olan Hökməli Bakının tarixi qədim olan kəndlərindəndir. Kəndin qədim tarixə malik olması kənd əhlinin həyat tərzində və özünəməxsus adət-ənənələrində büruzə verir. Xalqımızın qədim adət-ənənələrinə, milli-mənəvi dəyərlərinə qarşı mühafizəkarlığı ilə seçilən Hökməli sakinləri tərəfindən xalqımızın bir çox unudulmaqda olan adət-ənənələri, milli oyunları və mərasimləri keçmişdən bu günə, nəsildən-nəsilə ötürülməklə davam etməkdədir. […]

