Bölgə Hadisə

Masallıda məktəbli qızlar arasında dava

Masallıda şagirdlər arasında insident yaşanıb. Hadisə rayonun Şərəfə kənd məktəbində baş verib. Belə ki, həmin məktəbdə təhsil alan şagirdlər (qızlar), Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü məktəblini döyərək, onun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Xəsarət alan şəxs dərhal rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Xəstəxanadan bildirilib ki, Masallı Rayon Şərəfə kənd sakini 2009-cu il təvəllüdlü şəxs […]

Dünya Hadisə

Türkiyədə məktəbdə kütləvi zəhərlənmə

Türkiyənin Diyarbəkir şəhərinin Kayapınar rayonundakı Güleçoba Aşıkan məktəbi və onun şagirdləri dəhşətli bir hadisə ilə üzləşib. Məktəbdə yeməkdən sonra 53 şagirddə qızdırma, halsızlıq və digər zəhərlənmə əlamətləri müşahidə edilib. Hadisənin ardından şagirdlər dərhal xəstəxanaya yerləşdirilib və onlara zəhərlənmə diaqnozu qoyulub. xeberde.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda, 47 şagird artıq müalicə alaraq evə buraxılıb. […]

Cəmiyyət Hadisə

Bakıda arvadı tərəfindən döyülən kişi xəstəxanalıq oldu

Bakının Nərimanov rayonu ərazisində kişi həyat yoldaşı tərəfindən döyülüb. xeberde.az xəbər verir ki, hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Arvadı tərəfindən döyülən 1973-cü il təvəllüdlü Seymur Kərim oğlu Kərimov Sabunçu Tibb Mərkəzinə aparılıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsində araşdırma aparılır. Xəsarət alan şəxsin son vəziyyəti ilə bağlı Tibbi Ərazi Bölmələrini […]

Bölgə Cəmiyyət Hadisə

İtkin düşən 84 yaşlı həkimin meyiti tapıldı

Qusarda itkin düşən şəxsin  meyiti tapılıb. xeberde.az-ın məlumatına görə, aprelin 26-da evdən çıxıb geri qayıtmayan 84 yaşlı Qusar sakini Arif Uluxanovun meyiti tapılıb. Onun meyiti yaşadığı Qusar şəhərindəki evin su arxında aşkar edilib. Hadisə ilə bağlı araşdırma aparılır.  Qeyd edək ki, Arif Uluxanov uzun illər Qusar rayon Mərkəzi Xəstəxanasında həkim işləyib.

Hadisə

Bakıda sahibkar qadınlar arasında türk iş adamına görə dava

Bakıda xanım həkmkarına xəsarət yetirən sahibkar qadın barəsində məhkəmə qərar verib. xeberde.az xəbər verir ki, 1979-cu ildə İranda doğulan, Türkiyə vətəndaşı olan, sahibkar Mania Nəcəfzadə barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.Sahibkar xanım İlahə Hacıyava adlı xanıma xəsarət yetirməkdə ittiham edilib. Onların arasında dava isə Türkiyə vətəndaşı, sahibkar Talıp […]

Hadisə

Nərimanovda dayı bacısı qızını bıçaqlayıb

Bakıda dayı bacısı qızını bıçaqlayıb. xeberde.az xəbər verir ki, hadisə aprelin 26-da Nərimanov rayonunda baş verib. 1992-ci il təvəllüdlü F.Baxışlı kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılıb. Nərimanov RPİ-nin keçirdiyi tədbirlərlə onu bıçaqlayan dayısı saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Hadisənin ailədaxili münaqişə zəminində törədildiyi bildirilir.

Bölgə Hadisə

ANAMA-nın əməkdaşı Qazaxda minaya düşdü

Qazax rayonunun Qızılhacılı kəndi ərazisində mina partlayıb, xəsarət alan var. Bu barədə xeberde.az-a Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.  Qeyd edilib ki, agentliyin əməkdaşı 1985-ci il təvəllüdlü Paşayev Elnur Oruc oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Paşayev Elnur bədənin müxtəlif nahiyələrində yüngül xəsarətlər alıb. Xəsarət alan əməkdaş rayon mərkəzi […]

Dünya Hadisə

Türkiyədə GÜCLÜ zəlzələ baş verdi

Türkiyənin Elazığ vilayətinin Sivrice rayonunda bu gün saat 21:09-da 4,9 bal gücündə zəlzələ qeydə alınıb. xeberde.az xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) internet saytında yayımlanan məlumata görə, zəlzələnin ocağı yerin 11,31 kilometr dərinliyində yerləşib. Elazığ Valisi Numan Hatipoğlu sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, zəlzələ ilə bağlı AFAD və 112 Təcili […]