“Ayağında davamlı ağrı və şişkinlik şikayətləri ilə xəstəxanaya gətirilən 11 yaşlı uşağın rentgen müayinəsi zamanı sağ ayağının pəncə nahiyəsində yad cisim aşkarlanıb”. xeberde.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Hidayətoğlu sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Binəqədi Tibb Mərkəzində müayinədən […]
Hadisə
Tanınmış bloqerlərin reklam etdiyi şirkətə etibar etdilər, aldandılar
Bakıda bir qrup vətəndaş aldadılıb. xeberde.az məlumat verir ki, Bakıda vətəndaşlar alqı-satqı şirkətinin “TikTok” reklamlarına inanaraq, mənzil sahibi olmaq ümidi ilə əllərindəki pulları itirdiklərini iddia ediblər. Onların sözlərinə görə, tanınmış bloqerlərin də reklam etdiyi həmin şirkət vətəndaşların külli miqdarda vəsaitini mənimsəyib. Şikayətçilərin sözlərinə görə, şirkətin verdiyi vədlərə inanmalarında sosial şəbəkələrdəki tanınmış simaların təsiri böyük olub. […]
Ağcabədidə külək mağarı uçurdu, toy yarımçıq qaldı
Ağcabədidə əsən güclü külək toy mağarını uçurub. xeberde.az-ın xəbərinə görə, hadisə rayonun Aran kəndində baş verib. Kənd sakini Həsənov Qəhrəman oğlu üçün həyətdə qurduğu mağarı külək yararsız hala salıb. Hadisə vaxtı xəsarət alan olmasa da, məclis yarımçıq saxlanılıb.
Ağsu sakını Şamaxıda ağac parçası ilə döyülüb
Mayın 11-də günorta saatlarında Ağsu rayon sakini, 1975-ci il təvəllüdlü Vasif Vahidov döyülüb. xeberde.az xəbər verir ki, onun Şamaxı rayonunda icarəyə götürdüyü fermada aralarında yaranmış mübahisə zəminində Ağsu rayon sakini, 68 yaşlı Əvəz Əliyev tərəfindən ağac parçası ilə döyüldüyü bildirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, əməli törədən şəxs […]
İcra başçısının oğlunun Tiktok paylaşımları müzakirə yaratdı
Ərzurum merinin oğlunun paylaşımı müzakirələrə səbəb olub. Ərzurum meri Mustafa Çiftçinin oğlu Tarık Çiftçi sosial şəbəkədə polislərə sataşan videolar paylaşaraq Türkiyədə gündəmə düşüb. Sosial mediada yayılan görüntülərdən sonra o, TikTok hesabını bağlamağa məcbur olub. Tarık Çiftçi videolarından birində “miqalkalı” avtomobili göstərərək “Atanızdan soruşun görək axşam hansı maşınla konvoya çıxaq” ifadəsi işlədib. Paylaşımlar narazılıq doğurub və polis əməkdaşlarına […]
Abşeronda sex YANIR
Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində sexdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. xeberde.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə xidmətlərinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat […]
Baş nazir aldığı hədiyyəyə görə HƏBS OLUNA BİLƏR
Polşa baş naziri Donald Tusk barəsində hədiyyəni qanunlara uyğun şəkildə qeydiyyata almadığı üçün cinayət işi başlana bilər. xeberde.az xəbər verir ki, bu barədə “Rzeczpospolita” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa baş nazirinə nadir tarixi əşya – 1745-ci ildə Polşa kansleri Andjey Zaluski tərəfindən Osmanlı imperiyasının böyük vəzirinə yazılmış məktubu […]
SON DƏQİQƏ! Serbiya Prezidentinin təyyarəsi Bakıda məcburi ENİŞ ETDİ
Moskvaya səfərə yola düşən Serbiya Prezidenti Aleksandar Vuçiçin təyyarəsi Bakıya məcburi eniş etmək məcburiyyətində qalıb. Bu barədə Serbiya mediası məlumat yayıb. Məlumata görə, Vuçiçin təyyarəsi Ukraynadakı müharibə və Rusiyanın hava məkanındakı hərbi əməliyyatlar səbəbindən Azərbaycanda məcburi eniş etmək məcburiyyətində qalıb. Qeyd edək ki, Vuçiç 9 May münasibətilə Qırmızı meydanda Qələbənin 80 illiyinə həsr edilmiş hərbi […]
Ukrayna Rusiyada yeganə olan strateji əhəmiyyətli zavodu vurdu
Ötən gecə Rusiya ərazisi yenidən Ukrayna tərəfindən kütləvi dron hücumuna məruz qalıb. Paytaxt Moskva da daxil olmaqla, çoxsaylı ərazilərdə dron zərbələrinə qarşı Hava hücumundan müdafiə elan edilib. xeberde.az yerli mətbuata istinadən xəbər verir ki, hücuma məruz qalan ərazilərdən biri də Mordoviyada yerləşən Saransk şəhəridir. Mordoviya rəhbəri Artem Zdunovun verdiyi məlumata görə, Saranskda dron təhlükəsi elan […]
Tanınmış yazar evində yanaraq ÖLDÜ – FOTO
İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verən yanğında tanınmış tənqidçi yazar Süha Oğuzertem həyatını itirib. xeberde.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə İstanbulun Kadıköy rayonunda, Zühtüpaşa məhəlləsində yerləşən 10 mərtəbəli binanın birinci mərtəbəsində baş verib. Naməlum səbəbdən başlayan yanğın nəticəsində mənzildə tək yaşayan 65 yaşlı tənqidçi yazar Süha Oğuzertem tüstüdən zəhərlənib. Hadisə yerinə çağırılan […]










