Daxil olan müraciət əsasında Biləsuvar rayonu, Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus “Turabov” marketdə plandankənar yoxlama keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisədə beş ədəd 250 ml-lik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin üç ədəd litrlik və […]
Hadisə
Qadın 22 ildə 11 dəfə evləndi, ərlərini zəhərləyib öldürdü
İranın Mazandaran vilayətində 56 yaşlı Kolsum Əkbəriyə qarşı 11 nəfəri qəsdən öldürmə və bir nəfəri öldürməyə cəhd ittihamı irəli sürülüb. xeberde.az xəbər verir ki, prokurorluğun iddiasına görə, Əkbəri 2000-2023-cü illərdə əsasən özündən xeyli yaşlı kişilərlə evlənərək onların mehir pullarını və miras qalan əmlaklarını ələ keçirib, daha sonra qan təzyiqi, şəkər, sakitləşdirici dərmanlar və bəzi hallarda […]
Bakıda parkda kişi ÖLDÜ
Bakıda parkda ölüm hadisəsi olub. xeberde.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsinin ərazisində yerləşən parkda baş verib. Burada dincələn 69 yaşlı İsmayıl Dursun oğlu Mahmudov infarkt keçirərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Biləsuvarda bir ailənin üç üzvü yol qəzasına düşüb, ikisi ölüb
Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. xeberde.az məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi “VAZ-2115” markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. […]
İsrailin pilotsuz uçuş aparatı Yaponiyada GÖRÜNDÜ
xeberde.az xəbər verir ki, İsrail istehsalı olan “Heron Mk II” kəşfiyyat pilotsuz uçuş aparatı (BLA) Yaponiyanın Sirahama hava limanında “Kawasaki Heavy Industries” (KHI) aviasiya şirkəti tərəfindən sınaqdan keçirilib. Məlumata görə, KHI bu prosesdə mühüm rol oynayıb və sınaqlar yalnız uçuş yoxlamaları ilə məhdudlaşmaya bilər. Müşahidəçilər bildirirlər ki, “Kawasaki”nin iştirakı sistem inteqrasiyası, əməliyyat sınaqları və Yaponiyanın […]
Deputat Aydın Hüseynovun dili topuq vurdu: “Zəngəzur dəhlizi səmərəsiz ərazidir” – VİDEO
Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən Sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb. Lakin çıxış zamanı millət vəkilinin bir neçə dəfə rabitəsiz cümlələr işlətməsi və fikirlərini ardıcıl ifadə edə bilməməsi diqqətdən yayınmayıb. Xeberde.az Editor.az-a istinadən xəbər verir ki, xüsusilə deputatın Zəngəzur dəhlizini “səmərəsiz bir ərazi” kimi səsləndirməsi efirdə çətin anlar […]
Bakıda məşhur restoranda nöqsanlar aşkarlandı
Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, ev 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Heydərov Faiq Mənsim oğluna məxsus “İzmir” restoranında plandankənar yoxlama keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatdan keçmədən fəaliyyət göstərdiyi, işçilərin tibbi müayinədən keçirilmədiyi, heyvan mənşəli […]
Çində asma körpünün uçması nəticəsində 5 nəfər ölüb
Çinin şimal-qərbində yerləşən Sintszyan-Uyğur Muxtar Rayonunda asma körpünün uçması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb. xeberde.az xəbər verir ki, bu barədə “Sinhua” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb. “İli-Qazax Muxtar Dairəsinin Çjaosu mahalının Syata rayonunda asma körpüdə kabel qırılıb, nəticədə körpünün döşəməsindəki tarazlıq pozulub, o bir tərəfə əyilib və 29 nəfər körpüdən yıxılıb, […]
Fransada son 76 ilin ən böyük yanğınları qeydə alınıb
Fransanın cənubundakı Od departamentində cəmi bir gündə 16 min hektar ərazini əhatə edən meşə yanğını ölkədə son 76 ilin ən böyük yanğınıdır. xeberde.az-ın xəbərinə görə, bunu jurnalistlərə hökumət başçısı Fransua Bayru ilə birlikdə regiona gələn respublikanın daxili işlər naziri Bruno Retayo deyib. “Bu yanğın nəticəsində 1949-cu ildən bəri ən çox hektar meşə sahəsi yanıb”, – […]
Kəlbəcərdə hərbçilərin minaya düşməsi barədə RƏSMİ AÇIQLAMA
Baş Prokurorluq da Kəlbəcərdəki mina partlayışı barədə məlumat yayıb. xeberde.az-ın məlumatına görə, Qurumdan bildirilir ki, avqustun 5-də Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun 5 hərbi qulluqçusunun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları faktı üzrə Kəlbəcər hərbi prokurorluğunda araşdırma aparılır.










