Dünya Hadisə

Türkiyədə qadın sərnişin bu zarafatına görə HƏBS EDİLDİ

Türkiyədə qadın uçuşa hazırlıq zamanı yersiz zarafat etdiyinə görə cəzalandırılıb. İstanbul məhkəməsi onu uçuş təhlükəsizliyinə təhdid yaratmaqda təqsirli bilərək 4 il 2 ay müddətinə azadlıqdan məhrum edib. “xeberde.az” bildirir ki, hadisə 2026-cı il fevralın 9-da “AJet” aviaşirkətinə məxsus İstanbul – Şanlıurfa reysi zamanı baş verib. Təyyarə Sabiha Gökçen hava limanında uçuşa hazırlaşırmış. Bu zaman iki […]

Hadisə

Hərbi Prokurorluğun qarşısında maşın yandı – FOTO

Paytaxtda Respublika Hərbi Prokurorluğunun qarşısında avtomobil yanıb. xeberde.az xəbər verir ki, prokurorluğun inzibati binasının qarşısında “Dodge” markalı avtomobil qəfil alışaraq yanıb. Hadisənin başvermə səbəbi hələlik məlum deyil. Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Dünya Hadisə

İranda iki etirazçı edam edildi

İranda dekabr etirazlarının iki iştirakçısı edam edilib. Onlar Tehrandakı hərbi obyektin silah anbarına hücum etmək niyyətində ittiham olunublar. xeberde.az xəbər verir ki, bu barədə IRIB teleradio şirkəti məlumat yayıb. “Məhəmməd Əmin Biqlari və Şahin Vahidpərıst gizli hərbi obyektə hücum edərək silah anbarına daxil olmağa cəhd göstərib, obyektə ziyan vurub və onu yandırıblar”, – deyə məlumatda […]

Bölgə Hadisə

Tələbə dəm qazından öldü

Gəncədə zəhərlənmə hadisəsi baş verib. igia.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki 2007-ci il təvəllüdü L. Əliyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Həkimlərin tibbi yardımlarına baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Məlumata görə L. Əliyeva yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. […]

Hadisə

Məhkəmə Tofiq Yaqublu barədə yekun qərar verdi

Dələduzluqda təqsirli bilinən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun kassasiya şikayətinə baxılıb. xeberde.az xəbər verir ki, Ali Məhkəmə bu gün yekun qərarını açıqlayıb. Məhkəmə T.Yaqublu ilə bağlı əvvəlki qərarda qanun pozuntusu aşkar etməyib. Bu əsasla şikayət təmin edilməyib. Qeyd edək ki, T.Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəmnəsinin hökmü ilə 9 il azadlıqdan məhrum […]

Cəmiyyət Hadisə

Nizami Kino Mərkəzinin binasına zərər vurulub – Rəsmi AÇIQLAMA 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) Nizami Kino Mərkəzinin binasına zərər vurulması ilə bağlı bəyanat yayıb. xeberde.az-ın məlumatına görə, bəyanatda bildirilib ki, aprelin 1-dən 2-nə keçən gecə Bakı şəhəri, Bülbül prospekti 20 ünvanında yerləşən ölkə əhəmiyyətli memarlıq abidəsi (123 inventar nömrəli) olan Nizami Kino Mərkəzinin […]

Hadisə

Abşeron rayonu Hökməli qəsəbəsində yağış sularının törətdiyi fəsadlar uğurla aradan qaldırılır – FOTOLAR

Abşeron rayonunun Hökməli qəsəbəsində son günlər müşahidə olunan intensiv yağışlar nəticəsində yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində operativ və çevik tədbirlər həyata keçirilir. Qəsəbə ərazisində yağış sularının yaratdığı fəsadların qarşısının alınması üçün İcra hakimiyyəti və bələdiyyə qurumları birgə şəkildə səfərbər olunaraq əhalinin rahatlığının təmin edilməsi üçün gecə-gündüz fəaliyyət göstərirlər. Görülən işlər çərçivəsində küçə və məhəllələrdə toplanan […]

Bölgə Hadisə

Şəmkirdə qadın dərmandan zəhərlənərək öldü

Şəmkirdə dərmandan zəhərlənən qadın xəstəxanada ölüb. xeberde.az-ın məlumatına görə, rayon sakini 1974-cü il təvəllüdlü Z.Həsənova zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 52 yaşlı qadına yardım edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Qadının hansı səbəbdən dərmandan zəhərlənməsi hələlik məlum deyil. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı Şəmkir rayon prokrorluğunda […]