İstanbulda qeyri-adi hadisə baş verib. xeberde.az xəbər verir ki, Rusiyadan gələn bir cütlük Çamlıca məscidini ziyarət edərkən həyətində qucaqlaşıb öpüşüb. Bu görüntülər ətrafdakı insanların narazılığına səbəb olub və hadisənin videosu qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb. Readovkanın məlumatına görə, yerli prokurorluq turistləri saxlayıb. Onların sözlərinə görə, qaydalardan xəbərsiz olublar və heç bir pis niyyətləri olmayıb. […]
Hadisə
Ailə faciəsinə səbəb olan “bisetka” kustar üsulla qurulubmuş
Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində baş verən ailə faciəsinin təfərrüatları məlum olub. Şəhər sakinləri – 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və nənələri 1947-ci il təvəllüdlü Səkinə Məmmədova istirahət məqsədilə gündəlik icarəyə verilən şəxsi evlərdən birinə üz tutublar. […]
Naxçıvanda ailə FACİƏSİ: Nənə hadisənin şokundan vəfat etdi – VİDEO
Dünən gecə saatlarında Şahbuz rayonunun Ayrınc kəndində yerləşən istirahət mərkəzlərinin birində su hövzəsi üzərində yerləşən platformanın aşması nəticəsində bir ailənin 2 üzvü – valideyn və azyaşlı övladı həlak olub. Ən dəhşətlisi isə odur ki, faciənin acısını yaşayan azyaşlının nənəsi baş verən hadisənin şokundan dünyasını dəyişib. Eyni zamanda hadisə yerinə gələn digər ailə yaxınları da qəzaya […]
Vətəndaşla klinika mühafizəçisi arasında DAVA: ARAŞDIRMA BAŞLADI
Ötən gün Nəsimi rayonunda yerləşən 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının qarşısında vətəndaşla klinikanın mühafizəçisi arasında insident yaşanıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb. Avtomobilin parkinqi üstündə yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Məsələ ilə bağlı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasından xeberde.az-a bildirilib ki, ərazidəki konuslar Təcili Tibbi Yardım avtomobillərinin dayanması üçün quraşdırılıb. “Bu, xəstəxananın fəaliyyətinin […]
Rusiyada təyyarə quş sürüsü ilə toqquşdu
Ruisyada sərnişin təyyarəsi Vladivostok hava limanında quş sürüsü ilə toqquşub. xeberde.az xəbər verir ki, bu barədə “TurDom” teleqram kanalı məlumat yayıb. Hadisə nəticəsində təyyarənin burun hissəsi zədələnib və Rusiya aviaşirkəti Moskva reysini ləğv edib. Sərnişinlərin biletləri 1 və 2 sentyabrda paytaxta yola düşən digər reyslərə dəyişdirilib.
Bakıda yaşayış binasında yanan mənzildən GÖRÜNTÜLƏR
Xəbər verdiyimiz kimi, Bakının Nıərimanov rayonu Nəcəf Nərimanov küçəsində yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yanğın baş verib. xeberde.az hadisə yerindən xəbər verir ki, əraziyə 4 yanğınsöndürən və 2 təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə nəticəsində 3 otaqlı mənzildə mətbəx yanıb. Yanğının mətbəxdən başladığı bildirilsə də, hadisənin dəqiq səbəbi hələlik məlum deyil. Hadisə nəticəsində ölən və ya […]
Rüşvətə görə tutulan polkovnik-leytenant azadlığa buraxıldı
Külli miqdarda rüşvət ittihamı ilə həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb. xeberde.az-ın məlumatına görə, qərarı Bakı Hərbi Məhkəməsi qəbul edib. Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahidlər dindirilib. Daha sonra təqsirləndirilən Ramin Şükürovun müdafiəçiləri onun ev dustaqlığına buraxılması ilə […]
Baş Dövlət Yol Polisi İdarəsinin yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti
Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz […]
Cavidanın cansız bədəni tapıldı… FOTO
Xəzər rayonunda dənizdə batan 20 yaşlı gəncin axtarışları başa çatıb. xeberde.az xəbər verir ki, avqustun 10-da dənizdə batan 2006-cı il təvəllüdlü Cavidan Tapdıqovun cansız bədəni tapılıb. Xatırladaq ki, iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Cavidanın axtarışlarına cəlb olunublar. Cavidanın meyiti bu gün tapılaraq ailəsinə təhvil verilib.
Motosikletlə avtoxuliqanlıq edən Fidan HƏBS OLUNDU – VİDEO
Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu barədə xeberde.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, BŞDYPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar […]










