Cəmiyyət Hadisə

Vətəndaşla klinika mühafizəçisi arasında DAVA: ARAŞDIRMA BAŞLADI

Ötən gün Nəsimi rayonunda yerləşən 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının qarşısında vətəndaşla klinikanın mühafizəçisi arasında insident yaşanıb. Hadisə ilə bağlı görüntülər sosial şəbəkədə yayılıb. Avtomobilin parkinqi üstündə yaranan mübahisə əlbəyaxa davaya çevrilib. Məsələ ilə bağlı 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasından xeberde.az-a bildirilib ki, ərazidəki konuslar Təcili Tibbi Yardım avtomobillərinin dayanması üçün quraşdırılıb. “Bu, xəstəxananın fəaliyyətinin […]

Dünya Hadisə

Rusiyada təyyarə quş sürüsü ilə toqquşdu

Ruisyada sərnişin təyyarəsi Vladivostok hava limanında quş sürüsü ilə toqquşub. xeberde.az xəbər verir ki, bu barədə “TurDom” teleqram kanalı məlumat yayıb. Hadisə nəticəsində təyyarənin burun hissəsi zədələnib və Rusiya aviaşirkəti Moskva reysini ləğv edib. Sərnişinlərin biletləri 1 və 2 sentyabrda paytaxta yola düşən digər reyslərə dəyişdirilib.

Hadisə

Bakıda yaşayış binasında yanan mənzildən GÖRÜNTÜLƏR

Xəbər verdiyimiz kimi, Bakının Nıərimanov rayonu Nəcəf Nərimanov küçəsində yerləşən yaşayış binasının 11-ci mərtəbəsində yanğın baş verib. xeberde.az hadisə yerindən xəbər verir ki,  əraziyə 4 yanğınsöndürən və 2 təcili tibbi yardım briqadası cəlb edilib. Hadisə nəticəsində 3 otaqlı mənzildə mətbəx yanıb. Yanğının mətbəxdən başladığı bildirilsə də, hadisənin dəqiq səbəbi hələlik məlum deyil. Hadisə nəticəsində ölən və ya […]

Hadisə

Rüşvətə görə tutulan polkovnik-leytenant azadlığa buraxıldı

Külli miqdarda rüşvət ittihamı ilə həbs edilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov ev dustaqlığına buraxılıb. xeberde.az-ın məlumatına görə, qərarı Bakı Hərbi Məhkəməsi qəbul edib. Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahidlər dindirilib. Daha sonra təqsirləndirilən Ramin Şükürovun müdafiəçiləri onun  ev dustaqlığına buraxılması ilə […]

Hadisə

Baş Dövlət Yol Polisi İdarəsinin yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciəti

Hazırda paytaxtda və bir sıra bölgələrdə müşahidə olunan yağmurlu hava yol hərəkəti iştirakçılarına çətinliklər yaradır. Yağışlı, çiskinli havalarda yol örtüyünün sürüşkən olması, görmə məsafəsinin məhdudlaşması və digər kritik hava şərtlərini nəzərə alaraq, sürücülər sürət həddini minimuma endirməli, kifayət qədər ara məsafəsi saxlamalı, nəqliyyat vasitələrinin texniki sazlığına nəzarət etməlidirlər. Belə havalarda piyadalar da diqqətli olmalı, məsuliyyətsiz […]

Hadisə

Cavidanın cansız bədəni tapıldı… FOTO

Xəzər rayonunda dənizdə batan 20 yaşlı gəncin axtarışları başa çatıb. xeberde.az  xəbər verir ki, avqustun 10-da dənizdə batan 2006-cı il təvəllüdlü Cavidan Tapdıqovun cansız bədəni tapılıb. Xatırladaq ki, iki gün əvvəl Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Cavidanın axtarışlarına cəlb olunublar. Cavidanın meyiti bu gün tapılaraq ailəsinə təhvil verilib.

Hadisə

Motosikletlə avtoxuliqanlıq edən Fidan HƏBS OLUNDU – VİDEO

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib. Bu barədə xeberde.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, BŞDYPİ-nin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan motosiklet sürücüsü Bağırlı Fidan Cəfər qızı saxlanılıb. Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar […]

Bölgə Hadisə

Saxta spirtli içkilər satan market aşkarlandı

Daxil olan müraciət əsasında Biləsuvar rayonu, Səmədabad kəndində fəaliyyət göstərən Əkrəm Turabxan oğlu Turabova məxsus “Turabov” marketdə plandankənar yoxlama keçirilib. xeberde.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisədə beş ədəd 250 ml-lik “Naturel organic vodka” əmtəə nişanlı araq məhsulunun, həmçinin üç ədəd litrlik və […]

Dünya Hadisə

Qadın 22 ildə 11 dəfə evləndi, ərlərini zəhərləyib öldürdü

İranın Mazandaran vilayətində 56 yaşlı Kolsum Əkbəriyə qarşı 11 nəfəri qəsdən öldürmə və bir nəfəri öldürməyə cəhd ittihamı irəli sürülüb.  xeberde.az xəbər verir ki, prokurorluğun iddiasına görə, Əkbəri 2000-2023-cü illərdə əsasən özündən xeyli yaşlı kişilərlə evlənərək onların mehir pullarını və miras qalan əmlaklarını ələ keçirib, daha sonra qan təzyiqi, şəkər, sakitləşdirici dərmanlar və bəzi hallarda […]

Hadisə

Bakıda parkda kişi ÖLDÜ

Bakıda parkda ölüm hadisəsi olub. xeberde.az xəbər verir ki, hadisə Suraxanı rayonu, Əmircan qəsəbəsinin ərazisində yerləşən parkda baş verib. Burada dincələn 69 yaşlı İsmayıl Dursun oğlu Mahmudov infarkt keçirərək dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.