30 il erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altında saxladılar. 30 il bir milyondan çox azərbaycanlı öz ata-baba torpaqlarından erməni caniləri tərəfindən ağır işğəngələrə məruz qalaraq, qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində […]
Hərbi
Bu hərbi qulluqçulara leytenant hərbi rütbəsi veriləcək
Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək. xeberde.az xəbər verir ki, bu barədə qanun layihəsi Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı müdafiə komitəsinin iclasında müzakirə edilir.
Zəfərin mübarək, Azərbaycan
30 il erməni təcavüzkarları Azərbaycan torpaqlarını işğal altında saxladılar. 30 il bir milyondan çox azərbaycanlı öz ata-baba torpaqlarından erməni caniləri tərəfindən ağır işğəngələrə məruz qalaraq, qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur oldu.Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınacaqlı vəziyyətə salmış, şəhər və kəndlərdə infrastrukturu tamamilə məhv etmiş, Azərbaycana milyardlarla dollar dəyərində […]
Kərim Vəliyev Selçuk Bayraktaroğluna başsağlığı verib
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğluna başsağlığı verib. Bu barədə xeberde.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, başsağlığında deyilir: “Azərbaycandan Türkiyəyə yola düşən C130 hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Həlak olan […]
Bakıda keçiriləcək Hərbi parada hazırlıqdan GÖRÜNTÜLƏR
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müvafiq tapşırığına əsasən, noyabrın 8-də Bakı şəhərində Zəfər Gününün beşinci ildönümü münasibətilə hərbi parad keçiriləcək. xeberde.az xəbər verir ki, Müdafiə Nazirliyinin məlumatına əsasən, parada hazırlıqla bağlı Silahlı Qüvvələrin, o cümlədən Azərbaycan Ordusunun bölmələri ilə məşqlər keçirilir. Artıq sosial şəbəkələrdə hərbi parada hazırlığı əks etdirən görüntülər də yayılıb. Kadrlarda qırıcılarımızın təlim keçirdiyi […]
Qubadlı – Qarabağın dirçələn incisi
25 oktyabr 2020-ci il tarixi Azərbaycan xalqının yaddaşına Qubadlının azad edildiyi, torpaqlarımızın bütövlüyünə bir addım da yaxınlaşdığımız gün kimi həkk olunub. Qubadlı rayonu Azərbaycanın cənub-qərbində, Qarabağ yaylasının cənub-şərqində yerləşir. Ümumi sahəsi 802 kvadrat kilometr olan bu ərazi təbiəti, coğrafiyası və torpaq ehtiyatları ilə zəngin diyardır. Rayon qərbdən Ermənistanla sərhəddə yerləşir, şimalda Laçın, şərqdə Cəbrayıl, cənubda […]
Üç ölkənin hərbi təhsil üzrə əməkdaşlığı müzakirə olundu – FOTO
Gürcüstanın Qori şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə Milli Müdafiə universitetlərinin rəhbər heyətləri arasında üçtərəfli görüş keçirilib. xeberde.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, LEPL – David Ağmaşenebeli adına Milli Müdafiə Akademiyasında keçirilən görüşdə Azərbaycan nümayəndə heyətinə Milli Müdafiə Universitetinin rektorunun Elm və Təhsil üzrə müavini general-mayor Arif Həsənov rəhbərlik edib. Üçtərəfli görüşdə hərbi təhsil sahəsində əməkdaşlığın […]
27 Sentyabr – Anım Günü
19-cu əsrin əvvəllərindən ermənilərin çar Rusiyası tərəfindən Azərbaycana köçürülməsi başlanıb. Azərbaycanda onlara ən münbit torpaqlarda yerləşdirilən ermənilər, məskunlaşdıqları vaxtdan yerli azərbaycanlıları sıxışdıraraq öz ata-baba torpaqlarından uzaqlaşdırmağa başlayıblar. Beləliklə illər sonra Azərbaycan ərazisində, Azərbaycan torpaqları hesabına, Rusiyanın köməkliyi ilə özlərinə Ermənistan adlı respublika yaradıblar. Azərbaycanın tarixi ərazisi olan Qarabağ torpaqlarında məskunlaşan ermənilər də çalışıb Rusiyanın köməkliyi […]
20 Sentyabr – Dövlət Suverenliyi Günüdür
Suveren dövlət – beynəlxalq hüquqda ali hakimiyyəti təmsil edən, öz dövlətinin daxili və xarici siyasətində tamamilə müstəqil olan, başqa dövlətin hakimiyyətindən asılı olmayan və hansısa bir coğrafi ərazidə suverenliyi olan dövlət deməkdir. Beynəlxalq hüquq suveren dövlətləri daimi əhaliyə sahib olmaqla, müəyyən bir ərazisi olmaqla, ali və tək hökuməti olmaqla və digər suveren dövlətlərlə münasibət qurmağa […]
Dörd şəhərin, bir bayramın və yeni bir gələcəyin hekayəsi
Artıq ikinci ildir ki, sentyabrın 20-də Azərbaycan vətəndaşları Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günləri qeyd edilir. Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün, 30 illik işğal dövrünə son qoyan və minlərlə şəhidin qanı bahasına qazanılan Zəfərin simvoludur. Bu, təkcə bir bayram deyil, Azərbaycan xalqının iradəsinin, birliyinin […]










