Dünya

Ukrayna dronları Putinə ŞOK YAŞADIR

Putin ordusunun yay hücumu gözlənilən nəticəni vermədi: Ukraynada əldə edilən irəliləyiş temp baxımından 2024-cü ilin payızı ilə müqayisədə daha zəif oldu. xeberde.az xəbər verir ki, müharibəni izləyən “DeepState” platformasının məlumatına görə, bu ilin yayının ilk yarısında Rusiya ordusu Ukrayna ərazisində cəmi 857 kvadratkilometr sahəni ələ keçirib. Bu, yazla müqayisədə daha yüksək dinamika sayılsa da, ötən ilin […]

Dünya manset Siyasət

Polşa müharibəyə hazırlaşır: çağırış məktubları qadınlara və 50+ yaşlılara da göndərilir

Polşa hökuməti ölkənin artan hərbi ehtiyacları və təhlükəsizlik riskləri fonunda silahlı qüvvələrin ehtiyatlarını kəskin şəkildə gücləndirməyə qərar verib. xeberde.az məşhur Wyborcza qəzetinə istinadla xəbər verir ki, yaxın günlərdə 235 min çağırış məktubu göndəriləcək. Ən diqqət çəkən məqam isə odur ki, çağırış məktubları təkcə hərbi çağırış yaşında olan kişilərə deyil, həm də qadınlara və 50 yaşdan yuxarı […]

Dünya

Əfqanıstan humanitar fəlakətin astanasındadır

Əfqanıstan humanitar yardımdan məhrum olub və fəlakətin astanasındadır. xeberde.az xarici mediaya istinadla xəbər verir ki, BMT xəbərdarlığına görə, Donald Trampın iradəsi ilə ABŞ-nin bu ölkəyə humanitar dəstəyiin dayandırılmasından sonra ölkədə yüzlərlə klinika bağlanıb, milyonlarla insan qida və dərmansız qalıb. Bildirilir ki, 2025-ci ilin əvvəlindən bəri bütün yardımın 40%-ə qədərini təmin edən Ümumdünya Ərzaq Proqramından (WFP) […]

Dünya Kriminal

Tanınmış yazıçıya 18 il həbs cəzası istənildi

Rusiyada tanınmış yazıçı Boris Akuninə qarşı 18 il müddətinə azadlıqdan məhrumetmə cəzası tələb edilib. xeberde.az xəbər verir ki, bu barədə qərar Moskvanın 2-ci Qərb Hərbi Məhkəməsində prokuror tərəfindən səsləndirilib. Qeyd olunur ki, hökm qiyabi şəkildə çıxarılacaq. Yazıçıya qarşı “terrorizmi əsaslandırma” və “xarici agent kimi qeydiyyatdan yayınma” maddələri ilə cinayət işi açılıb. Boris Akunin Rusiya hakimiyyətini kəskin tənqid edən […]

Dünya

Atası ilə səfərə getmək qadağan olundu

Böyük Britaniyada şahzadə Uilyamın oğlu, taxt-tacın ikinci varisi olan şahzadə Corc üçün yeni məhdudiyyət tətbiq olunacaq. xeberde.az xəbər verir ki, o, bu ildən etibarən atasının – taxtın birinci varisi şahzadə Uilyamın – səfərlərində onu müşayiət edə bilməyəcək. Qayda iyulun 22-də, Corcun 12 yaşı tamam olduqdan sonra qüvvəyə minəcək. Əsas məqsəd – hər hansı qəza və […]

Dünya

Bu çanta 10 milyona satıldı – FOTO

Fransalı müğənni və aktrisa Ceyn Birkinə məxsus olan ilk “Hermès Birkin” çantası “Sotheby’s” hərracında 10,1 milyon avroya satılaraq yeni rekorda imza atıb. xeberde.az xəbər verir ki, hərracın start qiyməti 1,7 milyon avro olub. Çanta uğrunda 9 kolleksiyaçı mübarizə aparıb və sonda onu Yaponiyadan olan kolleksiyaçı əldə edib. Hərrac evi bildirib ki, bu satış lüks çantalar […]

Dünya Hadisə

Cütlüyü bal ayında ildırım vurdu – gəlin öldü – FOTO

Hondurasda bal ayını keçirən yeni evli cütlüyü ildırım vurub. Hadisə nəticəsində gəlin həyatını itirib. xeberde.az xəbər verir ki, faciə iyulun 5-də Omoa bölgəsində yerləşən sahildə baş verib. 23 yaşlı Stephany Lucero Elvir və 36 yaşlı əri Cristhian Samir Álvarez Molina dəniz kənarında foto çəkdirmək istəyərkən qəfil ildırım düşüb. Gəlin hadisə yerində huşunu itirib və dərhal […]

Dünya

“Feyk xəbər” yayanlar cərimələnəcək

Qırğızıstan Prezidenti Sadır Japarov kütləvi informasiya vasitələri və internetdə həqiqətə uyğun olmayan məlumatların yayılmasına görə cərimələr nəzərdə tutan qanunu imzalayıb. xeberde.az xəbər verir ki, bu qanun KİV və sosial şəbəkələrdə dezinformasiyanın qarşısını almağı hədəfləyir. Sənəddə vətəndaşların və media qurumlarının yalan məlumat yayması halında cərimə və digər inzibati tədbirlərin tətbiq ediləcəyi qeyd olunub. Qanun artıq rəsmi […]

Cəmiyyət Dünya

Təyyarədə qadına toxunan kişi 7 il həbs oluna bilər

Avstraliyada 36 yaşlı kişi təyyarədə ABŞ vətəndaşı olan qadına qarşı nalayiq hərəkət etdiyinə görə yeddi ilədək azadlıqdan məhrum edilə bilər. xeberde.az xəbər verir ki, bu barədə ölkənin Federal Polisi məlumat yayıb. Hadisə mayın 29-da baş verib, lakin şübhəli şəxs yalnız iyulun 9-da Sidney məhkəməsi qarşısına çıxarılıb. İstintaq materiallarına əsasən, uçuş zamanı kişi yatmış qadının yanına […]

Dünya Gündəm Hadisə

Moskva bazarında azərbaycanlılar saxlanılıb

Rusiyada polislərin xüsusi təyinatlı dəstəsi (OMON) Moskva vilayətinin Mıtişinski şəhərində azərbaycanlıları avtobuslara yığaraq aparıb.  xeberde.az xəbər verir ki, bu barədə məlumat və görüntülər Baku.ws-ə daxil olub.  Bildirilib ki, hadisə bu gün “Mıtişinskiy bazar” adlı yerdə Moskva vaxtı ilə səhər saat 09:00-da (red: Bakı vaxtı ilə 10:00) baş verib.  Sözügedən görüntüləri təqdim edirik: