Cəmiyyət Hərbi

Hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ:Nazirlik elan etdi -Mayın 31-dək…

Müdafiə Nazirliyinin Milli Müdafiə Universiteti cari il mayın 31-dək Heydər Əliyev adına Hərbi İnstituta, Hərbi tibb fakültəsinə, Bakı və Naxçıvan Hərbi kolleclərinə, Heydər Əliyev adına və Cəmşid Naxçıvanski adına Hərbi liseylərə elektron sənəd qəbulunu davam etdirir.

Bu barədə xeberde.az-a Milli Müdafiə Universitetindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları istənilən bölgədən mmu.edu.az saytının “Təhsil müəssisələrinə qəbul” bölməsindən müraciət etməklə seçdikləri təhsil müəssisəsinə aid sənəd qəbulu portalına keçid edərək, müvafiq portaldakı “Sənədlər” hissəsindən proseslə bağlı məlumatları əldə edə bilərlər (qadın cinsli vətəndaşların qəbulu yalnız Heydər Əliyev adına Hərbi İnstituta, Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin “Hərbi həkim” və “Hərbi feldşer işi” ixtisaslarına nəzərdə tutulub).

Vətəndaşları maraqlandıran suallarla bağlı Milli Müdafiə Universitetinin Çağrı mərkəzi – *0811 (iş günlərində saat 09:00-dan 17:30-dək) və [email protected] elektron poçt ünvanı fəaliyyət göstərir.

“Fəxr edəcəyin gələcəyi seç!”, – deyə məlumatda vurğulanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir