Bölgə

Sabah bu ərazilərdə iki saat işıq olmayacaq

Sabah Naxçıvan şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə olacaq.

martın 11-də Naxçıvan şəhərində “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bu səbəbdən 110/35/10 kV-luq “Xalçaçılıq” yarımstansiyasından qidalanan 10 kV-luq 16 nömrəli hava elektrik verilişi xətti razılaşdırılmış sifarişə əsasən açılacaq.

Nəticədə 54 və 56-cı məhəllələrdə saat 14:30-dan 16:30-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir