Bölgə

Meşələrdə zərərvericilərə qarşı mübarizə aparılır – FOTOLAR

Son zamanlar ölkənin bəzi meşə ərazilərində yaşıllıqlara zərər vuran Amerika ağ kəpənəyi və qəhvəyi mərmər bağacığı zərərvericilərinin yayılması halları müşahidə olunur.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev XEBERDE.az-a bildirib ki, zərərvericilərin yayılmasının və sağlam ağaclara keçməsinin qarşısını almaq məqsədilə hazırda aidiyyəti qurumlarla birgə tədbirlər həyata keçirilir, meşələrdə müşahidə və monitorinqlər aparılır, kimyəvi və mexaniki mübarizə üsullarından istifadə edilir. Aparılan müşahidələr göstərir ki, həmin zərərvericilər təkcə meşələrə deyil, həm də kənd təsərrüfatı bitkilərinə ziyan vurur, məhsuldarlığın azalmasına və ekoloji tarazlığın pozulmasına səbəb olur.Vahid Fərzəliyevin sözlərinə görə, Amerika ağ kəpənəyi ağacların yarpaqlarını qısa müddətdə məhv etməklə onların inkişafını zəiflədir. Qəhvəyi mərmər bağacığı isə xüsusilə fındıq, qoz və meyvə ağaclarına zərər verərək həm məhsuldarlığı azaldır, həm də ağacların xəstəlik və digər zərərvericilərə qarşı müqavimətini zəiflədir.

Meşələrdə zərərvericilərə qarşı mübarizə tədbirləri görülür - FOTOLAR
Meşələrdə zərərvericilərə qarşı mübarizə tədbirləri görülür - FOTOLAR

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir