Prezidentlərə verilən lançın MENYUSU

Bu gün Budapeştdə Macarıstanın Baş naziri Viktor Orbanın adından Türk Dövlətləri Təşkilatının dövlət və hökumət başçılarının şərəfinə rəsmi lanç verilib. xeberde.az xəbər verir ki, “Operativ media” teleqram kanalı Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi ziyafətin menyusunu yayımlayıb. Menyunun Azərbaycan dilində tərtib edilməsi diqqət çəkib.

Bakıda lisey direktoruna yüksək vəzifə verildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) yeni təyinat həyata keçirilib. xeberde.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynovanın əmrinə əsasən, Turanə Məcidli BŞTİ-nin Ümumi təhsilin təşkili sektorunun müdiri vəzifəsinə təyin edilib. Bu təyinata qədər Turanə Məcidli Bakı şəhəri 2 […]

30 abituriyentin balı aşağı SALINDI

Buraxılış imtahanlarında iştirak etmiş 30 abituriyentin yazı işinə verilən bal Apellyasiya Komissiyasının qərarı ilə endirilib. xeberde.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, 2 mart imtahanı üzrə 22, 9 mart imtahanı üzrə isə 8 yazı işinə verilən bal ekspertlərin rəyi ilə aşağı salınıb.

Çaldıran tarixin ibrət dərsidir! – Yaqub Mahmudov ÇAĞIRIŞ ETDİ

Min təəssüflər ki, yenə də qardaş Türkiyədə anti-Səfəvi fikirləri səslənir, türkün böyük sərkərdəsi Əmir Teymur aşağılanır… Nə qədər ağır olsa da, bu ürək üzən, can göynədən fikirlər siyasi dairələrə də yol açıb: necə deyərlər qaş düzəltdiyimiz yerdə göz çıxarırıq! Heç zaman unutmağa haqqımız yoxdur ki, Çubuqdərədə də, Çaldıranda da, uzunsürən Ağqoyunlu-Osmanlı və Səfəvi-Osmanlı müharibələrinin hamısında tökülən […]

2000-ə yaxın abituriyentin balına DÜZƏLİŞ EDİLDİ

Apellyasiya Komissiyası 2 və 9 mart tarixlərində keçirilmiş tam (11 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun attestasiyası imtahanlarının nəticələri ilə bağlı məlumat yayıb. DİM-dən xeberde.az-a bildirilib ki, ilk növbədə aşağıdakı cədvəldə son 3 ildə imtahan nəticələri ilə bağlı apellyasiya üçün müraciət edənlərin sayı və bu sayların bütün iştirakçıların sayı üzrə faizi təqdim edilib. İl İmtahanda […]

Ararat Mirzoyan Bakıya GƏLƏ BİLƏR

“3+3” formatında növbəti görüşlərin İrəvan və Bakıda baş tutması təklif edilir. Məsələ ilə bağlı Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvanda mətbuat konransı zamanı danışıb. Format İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan tərəfindən irəli sürülüb. “3+3” formatının ilk görüşü 2022-ci ildə Moskvada, 2023-cü ildə Tehranda, bu il isə Ankarada baş tutub.  xeberde.az-a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, […]

Azərbaycan Prezidenti: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk

Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. xeberde.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk […]

“Orxanın qisası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı” – Vasifin anası DANIŞDI

“Orxanın qisası alındı, Vasifin, Mahirin qanı yerdə qalmadı. Allah Prezidentimizin canını sağ eləsin, onu var eləsin. Cənab İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk. Onun atdığı qətiyyətli addımlar sayəsində uşaqlarımızın qanı yerdə qalmadı”. Bu sözləri xeberde.az-a açıqlamasında İrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı şücaət göstərən Vasif Tağıyevin anası Təranə Tağıyeva səfirliyə basqın edən Yasin Hüseynzadənin edam olunması xəbərindən danışarkən deyib. […]

Azərbaycanda 1644 bağça müdirindən yalnız 1-i kişidir

2023-2024-cü illər ərzində Azərbaycanda fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində ümumilikdə 1644 nəfər müdir vəzifəsində çalışıb. xeberde.az-ın əldə etdiyi məlumata görə, bu vəzifəni icra edən şəxslərdən 1643-ü qadın, 1-i isə kişi olub. Bu məlumat onu göstərir ki, məktəbəqədər təhsil müəssisələrinin rəhbər heyətində qadınların təmsilçiliyi üstünlük təşkil edir. Yaranmış vəziyyət peşə seçimi meylləri, sosial təsəvvürlər və təhsil sahəsində […]

Rüfətin geyimini lağa qoydular – FOTO

Müğənni Rüfət Axundov fərqli tərzi ilə diqqət çəkib. xeberde.az xəbər verir ki, efirlərin birində qonaq olan sənətçinin kombini müzakirələrə səbəb olub.Sosial şəbəkə izləyicilərinin bəziləri onu geyiminə görə lağa qoyublar. Onlar “Get-gedə Elzanın tərzinə keçir”, “Zövqü çaşıb”, “Bunlara qocaldıqca nə olur?”, “Marianna corablar” kimi şərhlərlə tənqid ediblər.