Sosial şəbəkədə Yasamal rayonu ərazisində uşaq meydançasından uşaq oğurlamağa cəhd edilməsi ilə bağlı iddialar yayılıb. xeberde.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən (DİN) Baku TV-yə məlumatın yalan olduğu bildirilib. “Sosial şəbəkədə Yasamal rayonu ərazisində yerləşən uşaq meydançalarının birindən uşaq oğurlanması ilə bağlı yayılan iddia əsassızdır. Polis əməkdaşları tərəfindən iddialar araşdırılıb, qeyd olunan ünvan üzrə bu […]
Author: Xeberal.az
Əsir uşaqların aqibəti necə olacaq? – İstanbul görüşünün detalları
Rusiya İstanbuldakı danışıqlarda masada olan və razılığa gəlinən mövzuları açıqlayıb. xeberde.az xəbər verir ki, bu haqda Rusiya nümayəndə heyətinin rəhbəri, Rusiya Prezidentinin müşaviri Vladimir Medinski məlumat verib. Görüşdə müzakirə predmeti olan mövzuları təqdim edirik: -Rusiya iki hissədən ibarət memorandumu Ukrayna tərəfinə təhvil verib. Ukrayna bunu qəbul edib; – Həmin memorandumun ikinci hissəsində atəşi dayandırmaq üçün […]
Məşhur aparıcı intihar etdi – FOTO
Amerikalı rejissor, prodüser, yazıçı və televiziya aparıcısı Con Brenkus vəfat edib. xeberde.az xəbər verir ki, bu barədə “Awful Announcing” onun dostları, həmkarları və ailəsinin sosial şəbəkədəki paylaşımlarına istinadən məlumat yayıb. Bildirilib ki, 54 yaşlı teleaparıcı intihar edib. Brenkus karyerasına qısametrajlı filmlər və kliplər çəkərək başlayıb, sonra televiziyaya keçib. Con Brenkus səkkiz “Emmy” mükafatı alıb. O, “Sport […]
Yeni dərs ilində məktəb formaları dəyişəcək?
Mediada yeni tədris ilindən məktəbli formalarının dizaynının dəyişəcəyi və qiymətləri ilə bağlı müxtəlif müzakirələr gedir. xeberde.az xəbər verir ki, bu mövzuya aydınlıq gətirmək üçün “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov AzEdu.az-a açıqlama verib. E. Əzimov mövcud formaların istifadəsinin davam etdiyini və yeni dizaynların hər il dəyişməsi barədə yayılan məlumatların həqiqətə uyğun […]
Müəllimlərə mane olan əlavə tapşırıqlar: “Dərs deyək, yoxsa sənəd hazırlayaq?”
Azərbaycanda müəllimlərin dərsə ayırmalı olduqları vaxtdan daha çoxunu yazı-pozu işlərinə həsr etdikləri, üstəlik, böyük bir hissəsinin öz hüquq və vəzifələrini tam bilmədiyi iddia edilir. xeberde.az xəbər verir ki, sosial şəbəkədə açılan müvafiq müzakirələrdə qeyd olunub ki, məktəbdə müəllimlərdən yalnız dərs icmalı və dərs proqramı kimi sənədlər tələb edilə bilər, digər – məsələn, tədbirlərin, iclasların və […]
“Nadirin “Maral-maral”ı mahnıcıqdır”
Müğənni Ülviyyə Namazova qalmaqallı açıqlamalar verib. xeberde.az xəbər verir ki, onun kimi sənətçilərin ifalarını “mahnıcıq” adlandıran Nadir Qafarzadəyə Ülviyyənin cavabı gecikməyib. “Onun dediyi sözləri üzərimə götürmürəm. Nadir Qafarzadənin sözü ilə razı deyiləm. Kütlə bu mahnını sevirsə, onlara irad bildirir? Bir sual vermək istəyirəm. Onun bir çox ifaları var, oxuyub. Ancaq “Maral-maral” mahnısı da mahnıcıqdır. Onu […]
“Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”
“1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü hamı övladlarını gəzməyə apardı. Mən də serial çəkilişindən çıxdım və üz tutdum Sumqayıt bulvarına. Sumqayıtdakı attraksionlar Bakı ilə müqayisədə ucuz olur. Bir manatdan baha olmur, bəzən əlli qəpik də olur. Amma dünən bilmədim ki, uşaqların, yoxsa cibinizin müdafiəsi günü idi”. xeberde.az xəbər verir, bu sözləri aparıcı Mətanət Əliverdiyeva “Xəzər […]
İlham Əliyev milli komanda ilə bağlı paylaşım etdi
Prezident İlham Əliyev Azərbaycan milli komandasının minifutbol üzrə dünya çempionatındakı qələbəsi ilə bağlı sosial media hesablarında paylaşım edib. xeberde.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycana qələbələr yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik!”
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə yeni sədr müavini təyin olunub
xeberde.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmri ilə Hüseynov Rahim Mahir oğlu Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib. O, hazırkı vəzifəsinə qədər Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamentinin müdiri vəzifəsində çalışıb.
İmişlidə uşaqların bayram tədbiri – Fotolar
İyunun 1-də İmişli rayonunda, rayon icra hakimiyyətinin və “Qayğıya Ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirilib. Xeberde.az xəbər verir ki, tədbirdə şəhid ailələrinin, müharibə əlillərinin övladları, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri iştirak ediblər. Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik […]
