Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə Xankəndidə şəhid övladları üçün “Zəfər Sədası” intellektual düşərgəsi keçirilib

“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu və Qarabağ Universitetinin tərəfdaşlığı ilə şəhid övladları üçün unudulmaz yay düşərgəsi təşkil olunub. 4–6 iyun tarixlərində Xankəndi şəhərində keçirilən “Zəfər Sədası” adlı intellektual yay düşərgəsi “Konstitusiya və Suverenlik İlinə həsr olunub. Bu il orta məktəbi bitirən 27 şəhid övladının iştirak etdiyi layihənin əsas […]

Bu imtahanda iştirak etmək üçün qeydiyyat başa çatır

Azərbaycan dili (dövlət dili) imtahanında (ikinci cəhd) iştirak etmək üçün qeydiyyat başa çatır. Bu barədə xeberdeaz-a DİM-dən məlumat verilib. Bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən, lakin mayın 4-də keçirilən Azərbaycan dili (dövlət dili) imtahanında iştirak etməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlər 10 iyun saat 23:59-dək qeydiyyatdan keçməklə Azərbaycan dili imtahanına yazıla bilərlər. Abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan […]

OBA “Best Managed Companies Azerbaijan 2025”in qalibi oldu

Yerli bazarın liderlərindən biri olan “OBA” marketlər şəbəkəsi daha bir beynəlxalq uğura imza atıb. Bu il “Deloitte” beynəlxalq audit şirkətinin təşkil etdiyi “Best Managed Companies 2025” proqramı çərçivəsində nüfuzlu mükafata layiq görülən “OBA”, bu mükafatla həm ölkə daxilində, həm də regionda davamlı inkişaf və strateji idarəetmənin simvoluna çevrildi. “Best Managed Companies 2025” proqramında qalib adını […]

AFFA azarkeşlərə müraciət etdi

AFFA Azərbaycan – Macarıstan yoldaşlıq oyunu ilə bağlı azarkeşlərə müraciət edib. xeberde.az bu barədə AFFA-ya istinadən xəbər verir. Bildirilir ki, iyunun 10-u “Liv Bona Dea”da azarkeşlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə xüsusi nəqliyyat xidməti təşkil olunacaq. “Avtobuslar saat 18:00-dan 18:30-dək “Koroğlu” metrostansiyasının hava limanı istiqamətindəki çıxışından (piramida formalı çıxış) stadion istiqamətində fəaliyyət göstərəcək. Nəqliyyatdan yalnız oyun bileti […]

Azərbaycana zərərli makaronlar gətirilib? – Rəsmi açıqlama

AQTA “Barilla” əmtəə nişanlı “İntegrale Vollkorn Penne Rigate” tam buğda makaronu məhsulu partiyasında uyğunsuzluq aşkarlanması səbəbindən bir neçə ölkədə satışdan geri çağırılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Qurumdan xeberde.az-a bildirilib ki, xəbərdə qeyd olunan məhsul partiyası ölkəmizə idxal olunmayıb:  “Həmçinin bu əmtəə nişanına məxsus digər məhsul partiyalarının təhlükəsizlik və kefiyyət göstəriciləri ilə bağlı aparılan […]

Badmintonçularımız 3 qızıl medal QAZANDILAR

Azərbaycanın yeniyetmə badmintonçuları Venesuelada keçirilən beynəlxalq turnirdə 3 kateqoriya üzrə qızıl medal qazanıblar. Badminton Federasiyasından Ölkə.az-a verilən məlumata görə, oğlanların şəxsi yarışında mübarizəyə 1/8 finaldan başlayan Ülvi Hüseynov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Eyni kateqoriya üzrə qızların şəxsi yarışında Leyla Camalzadə də turnirin qalibi olub. Yeniyetmə badmintonçular daha bir qızıl medalı […]

Naxçıvanda 17 nəfər dönərdən zəhərləndi

Naxçıvanda kütləvi zəhərlənmə olub. xeberde.az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən “Kassap Döner” dönərxanasında 17 nəfərin qida zəhərlənməsinə məruz qalması barədə məlumat Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzi PHŞ-dən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olub. Məlumata əsasən Agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb. Faktla […]

Tələbə olmaq istəyənlərin NƏZƏRİNƏ

I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək uzadılıb. xeberde.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, imtahanın 2-ci cəhdində iştirak etmək istəyənlər şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə […]

300 uşaq xəstəxanalıq oldu, 10%-i təcili əməliyyat edildi – Oyuncaq XƏBƏRDARLIĞI

Uşaqlar arasında çox məşhur olan və internetdə satılan SOPPYCID markalı yenidən doldurula bilən su balonu Böyük Britaniyada ciddi təhlükəsizlik problemləri səbəbindən təcili olaraq geri çağırılıb. xeberde.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Böyük Britaniyanın Məhsul Təhlükəsizliyi və Standartları Ofisi məlumat yayıb. Məhsulun ciddi yaralanma riski yaratdığını bildirilib. Ailələrə uşaqlarını bu oyuncaqdan uzaq tutmaları barədə […]

DSX-nin ötən gün ölən 18 yaşlı əsgərinin FOTOSU

Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2007-ci il təvəllüdlü Rasim Raməddin oğlu Həsənli dəfn olunub. Ölkə.az oxu.az-a istinadən xəbər verir ki, mərhum doğulduğu Biləsuvarın Xırmandalı kəndində torpağa tapşırılıb. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Rasim Raməddin oğlu Həsənli dünən xəstəliyi ilə əlaqədar müalicə olunduğu tibb müəssisəsində vəfat edib.