Emil Həsənova Rusiyada vəzifə verildi

Rusiya Daxili İşlər Nazirliyinin Uzaq Şərq Federal Dairəsi üzrə Nəqliyyat İdarəsində kadr dəyişiklikləri baş verib. xeberde.az rus mediasına istinadla xəbər verir ki, Vanino nəqliyyat polis idarəsinin yeni rəisi vəzifəsinə azərbaycanlı polis mayoru Emil Həsənov təyin olunub. Yeni təyinatı şəxsi heyətə idarənin rəisi, polis general-mayoru Aleksandr Kem təqdim edib. Təqdimat zamanı Kem, Emil Həsənovu təcrübəli və […]

Məmmədlidə vətəndaşın evini “sənəddə” başqası sahiblənib – FOTO

“İllərdir ki, Məmmədli qəsəbəsində yaşayırıq. Torpağımızın çıxarışı olsa da, evimizə “kupça” ala bilmirik. Səbəb isə odur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PŞH-nin verdiyi çıxarışda yanlışlıqla torpağımızın koordinatları başqa ünvana verilib”. xeberde.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya Bakının Abşeron Rayonu, Məmmədli qəsəbəsində yaşayan bir qrup sakin müraciət edib. Onların iddialarına görə, yanlışlığı edən quruma […]

ŞAD XƏBƏR: Təsdiqləndi – Bu tarixdən ödəniş etməyəcəksiniz

Xəbər verdiyimiz kimi, Azərbaycanla Çin arasında viza rejimi ləğv edilib. Saziş 2025-ci il aprelin 23-də Pekin şəhərində imzalanıb. Ötən gün də Prezident İlham Əliyev sözügedən sazişi təsdiqləyib. Lakin vətəndaşlar hələ də Çinə vizasız səfərin mümkün olmadığını bildirirlər. Sosial şəbəkələrdə bununla bağlı narazılıqlar artır. Bəziləri bilet aldıqlarını, uçuş tarixi yaxınlaşsa da, viza tələb edildiyini və buna […]

Tiktoker “Magerramov”dan xəbər var

Nərimanov Rayon Məhkəməsində tiktoker Əmrah Məhərrəmovun (“Magerramov”) həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb. Məhkəmə vəsatəti təmin edərək onun barəsindəki həbs qərarını ev dustaqlığı ilə əvəz edib. Xatırladaq ki, Ə.Məhərrəmov ötən ilin dekabrında saxlanılmış və CM-nin 234.1-1-ci maddəsi (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) […]

SON DƏQİQƏ: Mask Trampdan üzr istədi

Sahibkar İlon Mask ABŞ prezidenti Donald Trampla yaşadığı münaqişəyə görə təəssüfləndiyini bildirib. xeberde.az xəbər verir ki, bu barədə amerikalı sahibkar “X” sosial şəbəkəsində yazıb. “Keçən həftə prezident Tramp barədə paylaşdığım bəzi yazılara görə təəssüf edirəm. O yazılar həddindən artıq oldu”, – deyə Mask bildirib.

Şəmkirdə müəllimlərin olduğu avtomobil aşdı- Ölən və xəsarət alanlar var

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Könüllü kəndi istiqamətində qeydə alınıb. Belə ki, “Great Wall Haval” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü Şəbnəm Firudin qızı Hüseynova və daha 2 nəfər xəsarət alıb. Onlardan biri hadisə yerində vəfat edib. Xəsarət alanlardan biri azyaşlıdır. Faktla bağlı araşdırma aparılır.

Qratsdakı məktəbdə terror törədən şəxs erməni imiş?

Avstriyanın Qrats şəhərində məktəbə silahlı hücum edən şəxsin evində aparılan axtarış zamanı istifadə üçün yararsız, lakin təhlükəli hesab edilən əldəqayırma partlayıcı qurğu aşkar edilib. xeberde.az xəbər verir ki, bu barədə məlumatı “Heute” qəzeti hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən yayıb. Məlumata görə, Qratsın ətrafında yaşayan Artur A. adlı 21 yaşlı şəxs hücumdan əvvəl valideynlərinin evində anasına ünvanladığı vida […]

Türkiyədə iki qız birləşib evli qadını vəhşicəsinə öldürdülər – FOTO

Türkiyədə 2 uşaq anası qətlə yetirilib. xeberde.az xəbər verir ki, cinayəti törədən iki qadın polis tərəfindən saxlanılıb. Burdurda əvvəllər məhkəməlik olan 35 yaşlı Adnan B.nin evinə gedən şəxslər onun xanımını bıçaqlayaraq öldürüblər. Axşam saat 9-da törədilən cinayətdən qısa müddət sonra Seray Ö. (22), Tülay A. (22) tutulub. Adnan B. adlı şəxs həmin vaxt evdə olmayıb. […]

Yay fəslinin Azərbaycana daxil olma vaxtı açıqlandı 

Yay fəsli (Yay Günəş duruşu) Azərbaycana iyunun 21-i saat 06:42:11-də daxil olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından xeberde.az-a verilən məlumata görə, bu zaman Yerin fırlanma oxu ilə Günəşin istiqaməti arasında ən kiçik bucaq əmələ gələcək. Nəticədə Günəş səmada ilin ən yüksək nöqtəsinə çatacaq. Bakıda Günəş həmin gün günorta vaxtı üfüqdən 73.1° hündürlükdə, yəni […]