Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Ailə Məsələləri və Sosial Siyasət Sahəsinə Məsul Nazir və Qurum Rəhbərlərinin 2-ci iclasının iştirakçılarına müraciət edib. xeberde.az xəbər verir ki, müraciəti Azərbaycan Prezidenti Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdir Fərəh Əliyeva səsləndirib.
Author: VUQAR FERZELIYEV
Xocalının daha bir kəndində evlər təmir olunacaq – 5,7 milyon manat ayrıldı
Xocalı rayonunun Xanyurdu kəndində bir sıra fərdi yaşayış evlərinin təmirinə başlanılır. xeberde.az xəbər verir ki, artıq bununla bağlı Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətində müvafiq işlərə yekun vurulub. Dövlət xidməti Xanyurdu kəndində fərdi yaşayış evlərinin cari təmiri işlərini “Geno Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb. Müqaviləyə […]
Lukaşenko yenidən kartofa görə şikayətləndi
Belarus kartofunun çatışmazlığı süni şəkildə və daxili siyasi səbəblərdən yaranıb. xeberde.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib. “Dövlət Nəzarəti Komitəsi bəzi rəqəmləri yoxlayanda onların siyasətlə məşğul olduğu üzə çıxdı”, – Belarus lideri vurğulayıb. Onun sözlərinə görə, “kifayət qədər kartof var idi, amma onlar hardasa saxlanılıb” ki, “prezident qiymətlərə müdaxilə edib”. “Və o […]
Pullu attestata görə sinif rəhbərinə XƏBƏRDARLIQ
Xəbər verdiyimiz kimi, Bakı şəhəri 264 nömrəli məktəb-liseydə şagirdlərdən attestat üçün 20 manat məbləğində pul yığıldığı iddia edilib xeberde.az-ın məlumatına görə, Bakı şəhər Təhsil İdarəsi məsələ ilə bağlı açıqlama yayıb. Bildirilib ki, 264 nömrəli tam orta məktəbdə IX sinifdə vəsait toplanması ilə əlaqədar araşdırma aparılıb. Araşdırma zamanı müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. […]
Direktor və müəllimlərə XƏBƏRDARLIQ
İyun ayının 14-də ümumtəhsil müəssisələrində ənənəvi “Son zəng” tədbiri keçiriləcək. 11 illik təhsilini başa vuran məzunlar üçün məktəbdəki son dərs günü kimi yadda qalan bu tarix münasibətilə təhsil ocaqlarında müxtəlif tədbirlər planlaşdırılır. Lakin “Son zəng” günü ilə bağlı bəzi neqativ halların, xüsusilə, müəllimlərin şagirdlərdən və valideynlərdən hədiyyə tələb etməsi ilə bağlı faktların qarşısını almaq məqsədilə aidiyyəti qurumlardan […]
İlon Maskdan Azərbaycan PAYLAŞIMI
Amerikalı milyarder İlon Maskın sahibi olduğu “X” platforması Azərbaycanda xəbər və jurnal kateqoriyasında ən çox yüklənən tətbiq olub. xeberde.az xəbər verir ki, bu barədə “Tesla Owners Silicon Valley” hesabı yayıb. Bildirilib ki, “X” artıq Azərbaycanda 1 nömrəli xəbər tətbiqi kimi qeydə alınıb. “X tək-tək ölkələri fəth edir”, – deyə paylaşımda qeyd olunub. Sözügedən paylaşım birbaşa İlon Mask tərəfindən […]
II qrupun lideri hansı universitetdə oxuyacaq? – Özü açıqladı
II ixtisas qrupu üzrə ən yüksək nəticəni 391.7 bal toplayan Ucar rayonu 2 saylı şəhər tam orta məktəbinin məzunu Cənnətov Fuad Əlikram oğlu göstərib. O, imtahanın birinci mərhələsində 282.3 bal toplayıb. Fuad rus bölməsi üzrə təhsil alıb. xeberde.az xəbər verir ki, AzEdu.az abituriyentin təəssüratlarını bölüşmək üçün onunla əlaqə saxlayıb: “Nəticəmi görəndə çox təəccübləndim. Bu qədər yüksək […]
TŞİİB, Mətbuat Şurası və Veysəloğlu Şirkətlər Qrupu müsabiqə iştirakçıları olan jurnalistləri mükafatlandırdı
İyunun 11-də “Baku Marriott Hotel Boulevard” otelində Azərbaycan Mətbuat Şurası, Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi (TŞİİB) və Veysəloğlu Şirkətlər Qrupunun media subyektlərinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, televiziya və radio) təmsilçiləri arasında “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda keçirdiyi araşdırma müsabiqəsinin qalibləri mükafatlandırılıb. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə […]
Dərsliklərdə yeniliklər olacaq? – RƏSMİ AÇIQLAMA
Növbəti tədris ilinin dərsliklərində hansı yeniliklərin edildiyinə aydınlıq gətirilib. xeberde.az xəbər verir ki, bu barədə İctimai TV-nin sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, çapı nəzərdə tutulan 311 adda dərslikdən 49-u üzrə məzmun təkmilləşdirilməsi və ya yenilənməsi həyata keçirilib.
Məhbus ailələri Toliki məhkəməyə verir
Məhbus ailələri Tolik kimi tanınan aparıcı Tarix Əliyevi məhkəməyə verir. xeberde.az xəbər verir ki, bu barədə məhbus ailələri adından jurnalist Arzu Abdulla sosial şəbəkədə paylaşım edib. “Məhbus ailələrini təhqir edən Toliklə bağlı məhbus ailələri adından məhkəməyə müraciət etmək qərarına gəldik”, – A.Abdulla bildirib. Onun sözlərinə görə, bu prosesdə məhbus ailələrinin hüquqlarını vəkil Zibeydə Sadıqova müdafiə edəcək.
