“Atlant” qalmaqalı böyüyür – vəkil Ceyhun Yusifov prosesə qoşuldu

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edir. xeberde.az xəbər verir ki, hakim qarşısına Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Nofəl Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları qayınatası Tahir Qədəşova məxsus “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını […]

İranın 7 qonşusu və müharibə təhlükəsi – Böyük köç dalğası hansı ölkələri vuracaq?

İranla İsrail arasında hərbi gərginliyin qızışdığı indiki məqamda diqqətlər təkcə bu iki ölkənin üzərinə yox, İranın yerləşdiyi həssas coğrafiyaya da yönəlib. Artıq ekspertlər xəbərdarlıq edirlər: əgər müharibə genişlənərsə, bu, təkcə raketlərlə deyil, bölgədə böyük qaçqın axını və destabilizasiya ilə müşayiət oluna bilər. Belə vəziyyətdə sual aktuallaşır: İranın neçə qonşusu var, hansı ölkələr birbaşa risk altındadır […]

Bakının su təminatı nə vaxt tam bərpa olunacaq? – RƏSMİ AÇIQLAMA

“Hazırda Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə ötürülən su Bakı şəhəri və Abşeron yarımadasının mərkəzi su anbarlarına dolmaqdadır”. Bu barədə xeberde.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) bildirilib. Bildirilib ki, xəttə aparılan təmir işləri ərazində mövcud, həmçinin ehtiyat anbarlardan istifadə nəticəsində suyun səviyyəsində ciddi azalma müşahidə olunduğu üçün hazırda həmin anbarların doldurulması prosesi icra […]

İrana daha bir ŞOK – Çin alternativ axtarışına çıxır

“İran neftinə alternativ axtarışlar başlayıb”. Bu barədə xeberde.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Cinpin İsrail-İran müharibəsinin gedişindən narahatdır: “Hər ikisi həm də ondan narahatdır ki, ABŞ prezidenti Donald Tramp İsrailə dəstək məqsədilə İrana hava zərbələrinə qoşula bilər. Moskva və Pekin İranı itirsə, bu, hər […]

“Zevs”in qardaşı hakim qarşısında

xeberde.az dələduzluq piramidasının idarəetmə panelinin admini olaraq təqsirləndirilən Hüseyn Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. Hüseyn Quliyev ifadəsində bildirib ki, o, sadəcə, piramidanı reklam edib: “Ötən il internetdə “Farmaniya.com” saytını gördüm. Maraqlı gəldiyi üçün saytın […]

Azərbaycanda satılan İran məhsulları ilə bağlı VACİB AÇIQLAMA

İran Azərbaycanın ticarət tərəfdaşlarından biridir. Ölkəyə gətirilən meyvə-tərəvəz, çay, süd məhsulları və bəzi gündəlik istehlak mallarının bir hissəsi bu ölkədən idxal olunur. Lakin bölgədəki silahlı toqquşmalar İran daxilində nəqliyyat və istehsalat zəncirini pozmaq təhlükəsi yaradır. Bu isə Azərbaycana məhsul axınının azalması və müəyyən ərzaq məhsullarında müvəqqəti qıtlıq ehtimalını gündəmə gətirir.  Hazırda İran Təbriz məhsulları satışını […]

“Bakı Süd Co” MMC cərimələndi – Ölkədən 35 min dolları qanunsuz çıxarıb

“Bakı Süd Co” MMC cərimələnib. Buna səbəb ölkədən çıxarılan 35 min 800 dollar məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməyib, pulu da geri qaytarmayıb. xeberde.az xəbər verir ki, MMC 2023-cü ildə xaricə 75 min dollar pul köçürüb. 2 il keçsə də, həmin məbləğin 35 min 800 dollarına alınan malları ölkəyə idxal etməyib. Həmin məbləği geri […]

DTX Qaxda əməliyyat keçirdi – İcra başçısı saxlanıldı

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Qax rayonunda əməliyyat keçirib. xeberde.az xəbər verir ki, ilkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb. Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir. Qeyd edək ki, Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin saxlanılması ilə bağlı ilk məlumatı “News24.az” yayıb.

Bizim məqsədimiz Xamenei deyil – İsrail prezidenti

İsrailin İrana qarşı hücumlarının əsas məqsədi ali lider Ayətullah Əli Xameneini birbaşa hədəfə almaq deyil. xeberde.az xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq bildirib. Bununla belə, Hersoqun fikrincə, Xameneinin hakimiyyətdən getməsi İran xalqının xeyrinə ola bilər. “Bizim məqsədimiz Xamenei deyil, həm də rejim dəyişikliyi deyil”, — deyə İsrail Prezidenti cümə axşamı günü “Politico”ya müsahibəsində bildirib. […]