Türkiyə İranın “Bank Mellat” bankının İstanbul filialının fəaliyyət lisenziyasını ləğv edib.
xeberde.az “Əl-Ərəbiyyə” telekanalına istinadən xəbər verir ki, müvafiq qərar bu gün Türkiyənin rəsmi mətbuatında dərc olunub.
Türkiyə rəsmiləri lisenziyanın ləğv edilməsinin səbəbləri barədə açıqlama verməyiblər.
Bu addım ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinən Türkiyənin “Golden Global” bankına qarşı sanksiyalar tətbiq etməsindən təxminən iki həftə sonraya təsadüf edir.
Vaşinqton sözügedən tədbirlərin Tehran üzərində təzyiqi artırmaq və İranın iqtisadi təcridini gücləndirmək məqsədi daşıdığını bildirib.
Bununla belə, Türkiyənin Bankçılıq Tənzimləmə və Nəzarət Agentliyinin (BDDK) rəsmi məlumatında “Bank Mellat”ın lisenziyasının ləğvi nə ABŞ sanksiyaları, nə də qurumun daxili əməliyyat problemləri ilə birbaşa əlaqələndirilib.



