ABŞ Prezidenti Donald Tramp müasir texnologiyaların və internetin insan psixologiyasına və cəmiyyətə təsiri barədə maraqlı fikirlər səsləndirib.
xeberde.az xəbər verir ki, Ağ Ev rəhbəri internetin insanları radikallaşdırdığını və onları “psixi xəstə” vəziyyətinə saldığını bəyan edib. Trampın sözlərinə görə, bəşəriyyət internetlə birlikdə əvvəlki dövrlərlə müqayisədə tamamilə fərqli bir dünyada yaşayır.
O qeyd edib ki, əvvəllər də dünya təhlükəli olub, lakin indiki dövrdə internet bəzi insanları hər şeydən daha çox radikallaşdırmaq gücünə malikdir. Prezident eyni zamanda texnologiyanın müsbət tərəflərinə də toxunaraq, interneti “fenomenal və möhtəşəm bir vasitə” adlandırıb. Tramp vurğulayıb ki, güclü liderlik və Süni İntellekt (Sİ) sahəsindəki üstünlüklə bu texnologiya əla bir imkana çevrilə bilər, lakin buna baxmayaraq, problemlər yenə də qaçılmaz olacaq. “Bu, tamamilə başqa bir epoxa, fərqli bir zamandır”, – deyə ABŞ lideri əlavə edib.
Hazırda ABŞ administrasiyasının internet təhlükəsizliyi və psixi sağlamlıqla bağlı yeni tənzimləmələr hazırladığı bildirilir.




